Page 391 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 391
Seçilmiş əsərləri
Missis Kalver. Mən sənin bu hərəkətini təqdir elə-
mirəm, Konstans, əksini deməyi də artıq bilirəm. Nə fay-
dası var? Pozğunluq, yalana meyillilik, arvadına xəyanət
kişinin qanındadı. Qadının alnına isə abır-həyanı qoru-
maq, əzab çəkmək və günahları bağışlamaq yazılıb. Əs-
rin əvvəllərindən üzü bəri belə gəlir və yeni heç bir ideya
bizim cəmiyyətin bu yazılmamış qanununu poza bilməz.
(Eşikağası, ardınca da Bernard daxil olur.)
Bentli. Mister Kersal.
Missis Kalver. Salam və sağ ol, Bernard. Mən elə
getməyə hazırlaşırdım.
Bernard. Təəssüf. Neynək, görüşənədək.
(Missis Kalver gedir.)
Konstans (Bernarda). Günaydın. Bircə dəqiqə.
(Eşikağasına). Bentli, zəhmət olmasa, mənim yüklərimi
aşağı aparıb, taksiyə qoyarsan, yaxşımı?
Bentli. Yaxşı, madam.
Bernard. Konstans, sən artıq gedirsən? Yaxşı ki, səni
görə bildim. Səninlə sağollaşa bilməsəydim, bunu öm-
rüm boyu özümə bağışlamazdım.
Konstans (Eşikağasına). Taksi gələndə mənə xəbər
elə.
Bentli. Oldu, madam.
Konstans. İndi sənə də vaxt ayıra bilərəm.
(Eşikağası çıxır.)
Bernard. Deyəsən, istirahət üçün yaman tələsirsən?
Konstans. Tələsirsən də sözdü. Belə səyahət həya-
tımda ilk dəfədi. Burada güclə dayanıram.
Bernard. Sən tək gedirsən, eləmi?
Konstans. Hə, tək-tənha.
Bernard. Dost, heyif ki, sən imkan eləyə bilmədin.
Con. Hə, çox heyif.
Bernard. Elə bilirəm, bu, bütün yaxşı mütəxəssis-
lərin problemidi. İş aman vermir. Sənin də öz pasient-
lərindən başın açılmır.
391