Page 394 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 394
yam Somerset Moem
Konstans. Biz unuda bilərikmi, heç vaxt.
Con. Heç vaxt.
Bernard. Əgər boş vaxtınız olsa, mənə yazın, yax-
şımı? Təsəvvür belə eləyə bilməzsiz ki, bizlərə – qərib-
likdə olanlara vətəndən gələn məktub necə qiymətlidir.
Konstans. Əlbəttə, yazarıq. İkimiz də. Eləmi, əzi-
zim?
Con. Əlbəttə, əzizim.
Konstans. Con elə gözəl məktublar yazır ki, ma-
raqlı, məzəli.
Bernard. Deməli, danışdıq. Əlvida, dost. Uğurlar.
Con. Əlvida, dost.
Bernard. Əlvida, Konstans. Sənə o qədər sözüm var
ki. Özüm də bilmirəm, hansından başlayım.
Con. Mən səni tələsdirmək istəmirəm, amma taksi
gözləyir, deməli, hesab da yazır.
Bernard. Con elə dəqiqlik sevəndi. Yaxşı, bircə kəl-
mə deyəcəm: Tanrı səni qorusun.
Konstans. Au revoir.
Bernard. Neapolda olsan xəbər elə, yaxşımı? Əgər
klubuma məktub yollasan, mənə çatdıracaqlar.
Konstans. Hə, əlbəttə.
Bernard. Əlvida.
(O, hər ikisi qarşısında dostyana başını tərpədib gedir.
Bernard qapını arxasınca örtən kimi Konstans gülməyə
başlayır və az sonra uğunub gedir.)
Con. Nəyə güldüyünü mənə də desən, çətin olmaz
ki? Əgər sən mənim şalban kimi dayanıb-durub təhqir
olunmağımdan həzz aldığımı düşünürsənsə, səhv elə-
yirsən. Neapolda təsadüfi görüş nə deməkdi?
Konstans. O, səni azdırır.
Con. O, axmağın biridi!
Konstans. Sən, doğrudanmı, bu qənaətdəsən?
Amma, məncə, o heç də özünü pis aparmadı. Belə məsə-
lələrdə onun heç bir təcrübəsi olmadığını nəzərə alsaq,
deyə bilərəm ki, o, öz rolunun öhdəsindən gələ bildi.
394