Page 390 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 390
yam Somerset Moem
Con. Altı həftə. Sən altı həftədən sonra onu atırsan?
Konstans. Hə, əlbəttə. Bizim məhəbbət üçün vaxt
çərçivəsi müəyyənləşdirdiyimə görə elə bilirəm, cənnət
həzzi yaşayıb bir-birimizdən ayrılanda özümüzü göyün
yeddinci qatındakı kimi hiss edəcəyik. Con, özün yaxşı
bilirsən ki, qızılgül təzə-tər olanda gözəldi, sonra ləçək-
ləri bir-bir düşür.
Con. Sən məni son həddə qədər heyrətləndirdin,
sarsıtdın. Mən, sadəcə, çaşıb qalmışam. Sən məni yaman
yerdə yaxaladın.
(Pəncərənin qarşısında dayanan Missis Kalver qışqırır.)
Konstans. Nə olub?
Missis Kalver. Bernard. O, bura gəlir.
Con (Konstansa). Sən istəyirsən, mən onu hər şey-
dən bixəbər kimi qarşılayım?
Konstans. Bu ən yaxşı variantdı. Qısqanclıq səhnəsi
qurmağın axmaqlıq olar. Mən onunla getmək qərarımı
dəyişən deyiləm.
Con. Mən, bəyəm, şəxsi ləyaqətimi qorumağa borc-
lu deyiləm?
Konstans. Onları, ən yaxşı halda cibində gizləməklə
qoruya bilərsən. Con, mən Mari-Luiza sənin məşuqən
olduğunu bilə-bilə necə qəbul elədimsə, sən də bu cür
hərəkət eləsən, minnətdar olaram.
Con. O bilirmi, mən bilirəm?
Konstans. Əlbəttə, bilmir. O, ənənəvi baxışlara
malik insandı və dostun gözü görə-görə ona xəyanət elə-
məz. O, sənin məsələdən xəbərdar olmadığına qəti əmin-
di.
Missis Kalver. Konstans, mənim heç bir sözüm
sənin qərarını dəyişdirməyəcək, eləmi?
Konstans. Bəli, əzizim.
Missis Kalver. Onda boşuna çənəmi yormaq fikrim
yoxdu. O, bura qalxanacan çıxıb gedəcəm.
Konstans. Necə məsləhətdi. Anacan, görüşənədək.
Oradan sənə xeyli açıqça göndərəcəm.
390