Page 395 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 395
Seçilmiş əsərləri

Con. Əgər beyninə onun mükəmməllik mücəs-
səməsi olduğunu yeritmisənsə, sənlə mübahisə eləmə-
yin mənası yoxdu. Amma ürəyim ağrıyır, özünü belə bir
adama vermək qərarına gəlməyinə təəssüflənirəm.

Konstans. Yəqin, arvadın gələcək məşuqəsinin kim
olmasıyla bağlı ər-arvadın fikri üst-üstə düşməyə də
bilər.

Con. Elə bilirəm, sən onu məndən üstün saymağa
iddialı deyilsən.

Konstans. Qətiyyən. Mən səni həmişə kişi gözəl-
liyinin zirvəsi hesab eləmişəm.

Con. Özü də o, eyniylə mənim kimi geyinir.
Konstans. Bu, təbiidi. Sizin axı dərziniz eyni adam-
dı.
Con. Mən elə bilirəm, sənin təsəvvüründə o heç də
məndən hazırcavab deyil.
Konstans. Əlbəttə.
Con. Bəs onda niyə səfərə onunla çıxmaq istəyirsən?
Konstans. Sənə məgər bir də izah eləməliyəm?
Səbəb çox sadədir. İstəyirəm, qatar tərpənənəcən aya-
ğımı qoyduğum yerə başını qoymağa hazır bir kişinin
ağuşunda olum. İstəyirəm, mən otağa girəndə xoşbəxt-
likdən onun gözlərinin necə parıldadığını görüm, biz
birlikdə aya baxanda onun əllərinin mənim əllərimi necə
sıxdığını, belimi qucaqlayanda bədənini necə şirin
üşütmə tutduğunu bütün canımla duyum. İstəyirəm,
başımı onun çiyinlərinə qoyub dodaqlarının saçıma incə
toxunuşundan həzz alım.
Con. Bax, bunu ağlına da gətirmə. Yazığın boynu
qırılar, xəstəxanalıq olar.
Konstans. Onunla kənd cığırıyla yanaşı addımlaya-
addımlaya mənə dovşanım, pişiyim deməsini eşitmək
istəyirəm. İstəyirəm, onunla boş şeylər barədə saatlarla
söhbət edək.
Con. İlahi, özün saxla.

395
   390   391   392   393   394   395   396   397   398   399   400