Page 399 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 399
Seçilmiş əsərləri

LEDİ FREDERİK

ÜÇPƏRDƏLİ KOMEDİYA

İştirakçılar

Ledi Frederik Berollz
Ser Cerald O`Mara
Cənab Paradayn Foulds
Markiza Merestonskaya
Markiz Merestonski
Admiral Karlayl
Kapitan Montqomeri
Rouz
Ledi Frederikin dərzisi
Ledi Frederikin qulluqçusu
Tompson
Ofisiant
Əhvalat 1980-ci ildə cərəyan edir.

Birinci pərdə

Səhnə. Monte-Karloda, “Otel de Pari”də nömrə.
Dəbdəbəli mebelli iri otaq, sağda və solda
qapılar, arxada eyvana çıxan pəncərə. Onların arasından
ulduzlu cənub göyü görünür. Bir küncdə fortepiano var,
o biri küncdə üstünə səliqəylə vərəqlər düzülmüş soba
yanır.
Yaraşıqlı libasda olan ledi Mereston vərəqləri oxu-
yur. O, qırx yaşlı cazibədar bir qadındır. Qəzeti kənara
qoyub tələsmədən zəngi basır. Nökər peyda olur.
Ledi Mereston. Cənab Paradayn Foulds gəlib?
Nökər. Bəli, miledi.
Ledi Mereston. Mehmanxanadadı?

399
   394   395   396   397   398   399   400   401   402   403   404