Page 402 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 402
yam Somerset Moem
Tompson. Sonra Rossininin qat-qat piroqu, ser.
Foulds. Bu yemək məndə heç bir təsir buraxmadı.
Tompson. Dana filesi təmtəraqlı görünürdü.
Foulds. Ayaqqabı dabanından da bərk idi, Tompson.
Kimə lazımdısa, şikayət eləyin.
Tompson. Qırqovul qızartması, ser.
Foulds. Hə, indi fazan da yadıma düşür.
Tompson. Desertə şaftalılı dondurma, ser.
Foulds. Çox soyuq idi, Tompson. Adamın az qala
dili də donurdu.
Ledi Mereston. Hə, əziz Paradayn, səni dəbdəbəli
naharla təmin eləyiblər.
Foulds. Mən artıq elə bir yaşdayam ki, məhəbbət,
şərəf, var-dövlət hamısı yaxşı qızardılmış bifşteksin
yanında sönük görünür. Siz gedə bilərsiniz, Tompson.
Tompson. Çox sağ olun, ser.
(Çıxır).
Ledi Mereston. Ayıb deyilmi, Paradayn, mən həyə-
candan özümə yer tapa bilmədiyim bir vaxtda, sən özü-
nü ləziz yeməklərin ixtiyarına verirsən.
Foulds. Belə çıxır ki, həyəcan keçirmək sənin xey-
rinədi. Çünki indi heç vaxt olmadığın qədər gözəl görü-
nürsən.
Ledi Mereston. Bəsdi, məni doladın, sənə sözüm
var.
Foulds. Mən sənin teleqramını alan kimi yola dü-
zəldim. De görüm, nə baş verib.
Ledi Mereston. Əziz Paradayn, Çarlz dəlicəsinə vu-
rulub.
Foulds. İyirmi iki yaşlı adam üçün burada qeyri-adi
nəsə yoxdu. Əgər istədiyi yarayırsa, onu evləndir, adlı-
sanlı dul qadın statusunu da özündə saxla. Əgər ya-
ramırsa, o qıza beş yüz funt verib Parisə, ya da Londona
göndər. Orada o, öz gözəlliyinə müştəri tapar.
Ledi Mereston. Əgər bacarsaydım, nə dərdim
vardı. Bilirsənmi, söhbət kimdən gedir?
402