Page 405 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 405
Seçilmiş əsərləri

Ledi Mereston. Ən yaxşı detektiv keçmişi cinayət-
kar olandı.

Foulds. Əzizim, ürəyindəkini açıb demək heç də
nəsihətbazlıq deyil.

Ledi Mereston. Sən böyük var-dövlət yığmısan.
Əgər hər kəsə əməlinə görə qiymət verilsəydi, indi dəb-
dəbə içində üzməzdin, acından ölərdin.

Foulds. Mənim uzaq qohumlarımın maraqlı adəti
var. Qəliz məqamlarda onlar əcdadlarının yanına yol-
lanırlar.

Ledi Mereston. Bütün ömrün boyu sən dözül-
məzin, yaramazın birisi olmusan. Böyür-başındakı dost-
ların da əclaflar yığnağından ibarət olub.

Foulds. Mənim kübar cəmiyyət barədə bilgimlə,
sənin sonsuz qətiyyətinlə biz köməksiz xanıma ciddi
rəqib ola bilərik.

Ledi Mereston. Camaat arasında söhbət gəzir ki,
sən bir vaxtlar ona dəlicəsinə vurulmusan.

Foulds. Camaat arasında söhbət ancaq eşşəklərin
qulağının eşitdiyi eşşək anqırtısıdı.

Ledi Mereston. Hər halda, sizin münasibətlər çox-
mu dərinə getmişdi? Əgər sən Çarliylə dərdləşsən, ona
münasibətləriniz haqda danışsan...

Foulds. Əziz Mod, təəssüf ki, heç bir münasibət-
filan olmayıb.

Ledi Mereston. Yazıq Corc o vaxt bu tarixçədən
əməlli-başlı narahat olmuşdu.

Foulds. Sənin mərhum ərin kifayət qədər dindar
adam olduğundan söhbət ona yaxın insanlardan gedən-
də həmişə işin pis tərəfinə inanırdı.

Ledi Mereston. Lazım deyil, Paradayn, bilirəm,
sizin bir-birinizi görən gözünüz yox idi, amma yadda
saxla ki, mən onu bütün qəlbimlə sevirdim. Onun ölü-
mündən sonra hələ də toxtaya bilmirəm.

405
   400   401   402   403   404   405   406   407   408   409   410