Page 410 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 410
yam Somerset Moem
Admiral. O üslubdan zəhləm gedir.
Ledi Frederik. Çox gözəl! Axı həmin malikanə hələ
on səkkizinci əsrdə yanmışdı. Sonralar onu Georgian üs-
lubunun ən yaxşı ənənələrinə uyğun yenidən tikdilər.
Admiral. Hm.
Ledi Frederik. Təsəvvür edirsinizmi, dizləriniz üstə
oğlan nəvələrinizi yelləyəcəksiniz.
Admiral. Birdən qız oldu?
Ledi Frederik. Bizim nəsildə qız nadir hallarda olur.
Admiral. Bir də deyirəm ki, mən bu haqda eşitmək
belə istəmirəm.
Ledi Frederik. Yaşına görə, ölkənin ikinci baroneti.
Məncə, heç də pis səslənmir.
Admiral. Rouzu geriyə, İngiltərəyə göndərməli ola-
cam.
Ledi Frederik. Həm də ürəyini çatladacaqsınız, elə-
mi?
Admiral. Qadın ürəyi qədimi çini qab kimi bir
şeydi, çat-mat ona heç nə eləyə bilməz.
Ledi Frederik. Admiral, siz mənim ərimi tanıyır-
dınızmı?
Admiral. Bəli.
Ledi Frederik. Mən ona on yeddi yaşımda ərə get-
mişəm. Çünki bir başqasını dəlicəsinə sevsəm də, anam
onu daha yaxşı namizəd hesab eləyirdi. Toyumuzdan
heç iki həftə keçməmişdi ki, bir gün xirtdəyəcən içkili
halda evə gəldi. O vaxtacan mən bir dəfə də sərxoş ada-
mı belə yaxından görməmişdim. Məlum oldu ki, demə,
o, necə deyərlər, gillətməyin həvəskarıymış. Mən dəhşə-
tə gəldim. On il onunla hansı əzaba qatlaşıb yaşadığımı
təsəvvürünüzə belə gətirə bilməzsiniz. Gizlətmirəm,
həyatım boyu az səfehlik eləməmişəm, amma Tanrı özü
şahiddi ki, həm də nə əzablardan keçmişəm.
Admiral. Hə, bilirəm.
Ledi Frederik. İnanın, əgər iki sütül ürək bir-birini
tutubsa, yaxşısı budur, onları evləndirəsən. Bizim zəma-
410