Page 413 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 413
Seçilmiş əsərləri

(Cerald və Rouz içəri keçir.)
Ledi Frederik. Rouz, mən həmişə elə bilmişəm ki,
sizin atanız təbiətin möcüzəsidi.
Rouz. Ata, səndən bir dənədi.
Admiral. Mən sizin nikahın qəti əleyhinəyəm, am-
ma ledi Frederikə imtina eləmək iqtidarında deyiləm.
Cerald. Sizə dərin təşəkkürlər, admiral, mən Rouza
layiqli ər olmaq üçün əlimdən gələni eləyəcəm.
Admiral. Belə tez yox, cavan oğlan, iş dərhal görül-
mür. Mənim şərtim var.
Rouz. Ata!
Ledi Frederik. Cerald bir il özünü nümunəvi apar-
malıdır. Sonra evlənə bilərsiniz.
Rouz. Əgər özünü nümunəvi aparsa, adi birisi ola-
caq.
Ledi Frederik. Mütləq olacaq. Bütün yaxşı ərlərin
hamısı dözülməz adilərdi.
Admiral. Rouz, əzizim, get yat. Mən də bir qəlyan
çəkib, yan otağa keçəcəm.
Rouz (Ledi Frederiki öpərək). Gecəniz xeyrə qalsın, siz
ən, ən... Bu mərhəmətinizi heç vaxt unutmaram.
Ledi Frederik. Sonra, nikahda bir neçə il yaşayan-
dan sonra mənə təşəkkür eləyərsən.
Rouz (Ceralda əlini uzadaraq). Gecən xeyrə qalsın!
Cerald. (Rouzun əlini sıxıb üzünə baxaraq). Xeyrə qar-
şı!
Admiral (Kobudluqla). Mənim arxamda belə eləmək
heç də vacib deyil.
Rouz (Dodaqlarını uzadaraq). Gecən xeyrə qalsın.
(Admiral Rouzu öpür və onlar çıxırlar.)
Ledi Frederik. Ay on səkkiz yaşım, hardasan?
(O, üzündən yağan əndasız yorğunluqla kresloya yay-
xanır.)
Cerald. Nə məsələdi?
Ledi Frederik (Diksinərək). Elə bilirdim, getmisən.
Hər şey qaydasındadı.

413
   408   409   410   411   412   413   414   415   416   417   418