Page 416 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 416
yam Somerset Moem
Foulds. Necə, necə?
Mereston. İnanmıram ki, o istədiyi çox şeyə nail ola
bildi.
Foulds (Açıq ürəklə). İstədiyi hər şeyə, mənim balam.
Özünü əsl iblis sayanın kim olduğunu elə hamı görür.
Yeri gəlmişkən, saat neçədi?
Cerald. Təxminən, on bir.
Foulds. Belə! Sənin neçə yaşın var, Çarli?
Mereston. İyirmi iki.
Ledi Frederik. Çarli mənim icazəmdən əvvəl yata
bilməz. Doğrudur?
Mereston. Tamamilə.
Foulds. Dostum, mənim ledi Frederiklə söhbət elə-
mək istədiyimi sənin ağıllı başın başa düşməyibmi?
Mereston. Amma mənim bu ağıllı başım ledi Frede-
rikin səninlə söhbət eləmək istədiyinə əmin deyil.
Cerald. Çarli, gəl biz bilyard döyüşünə gedək.
Mereston. Doğrudanmı, siz bu qoca əzazil insanla
təklikdə qalmaq istəyirsiniz?
Foulds. Gənc oğlan, niyə boyalı saçlarıma hörmət
eləmirsiniz?
Ledi Frederik. Biz neçə ildi, görüşmürük.
Mereston. Eybi yox qoy belə olsun. Amma sabah
mütləq gəzintiyə çıxacağıq.
Ledi Frederik. Mütləq. Amma nahardan sonra.
Foulds. Üzr istəyirəm, nahardan sonra Çarlz mə-
nimlə Nitsaya gedəcək.
Mereston (Ledi Frederikə). Hər şey qaydasındadı.
Mən, həqiqətən də, ora getməyə hazırlaşırdım, amma tə-
xirə salmaq da olar.
Ledi Frederik. Bax, danışdıq. Gecəniz xeyrə qalsın.
(Mereston Ceraldla çıxır. Ledi Frederik dönüb təbəssümlə Pa-
radayn Fouldsa baxır.)
Ledi Frederik. Nə məsələdi?
Foulds. Nə məsələdi?
416