Page 421 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 421
Seçilmiş əsərləri

Amma mən daha çox Bellinqemlə aranızda olan tarix-
çəni nəzərdə tuturam.

Ledi Frederik. Hə, deməli, hələ Bellinqemlə də ta-
rixçə varmış. Tamam unutmuşam.

Foulds. İyrənc tarixçədi, eləmi?
Ledi Frederik. Bəli, dəhşətdi.
Foulds. Sənə elə gəlmir ki, Çarlz bu yerdə barma-
ğını dişləyəcək?
Ledi Frederik. Tamamilə mümkündü.
Foulds. Bəlkə, geri çəkiləsən?
Ledi Frederik (Zəngi basır). Amma sən hələ mənim
kartlarımı görməmisən. (Nökər daxil olur.) Mənim nökə-
rimə deyin ki, yazı stolunun üstündəki qutunu gətirsin.
Nökər. Baş üstə, miledi. (Çıxır.)
Foulds. Səndə olan o nədi elə?
Ledi Frederik. Dörd, ya beş il əvvəl mən bu meh-
manxanada qalırdım. O vaxt Mimi Bretonskaya da bu-
rada yaşayırdı.
Foulds. Onun haqqında heç vaxt eşitməmişəm, am-
ma adından görünür ki, ehtiraslı xanımdı.
Ledi Frederik. O, Foli-Barjerin müğənnisi idi, həm
də elə zümrüdləri vardı ki, ona bənzərini mən ömrüm
boyu görməmişəm.
Foulds. Hə, sən axı Modun zümrüdlərini görmə-
misən.
Ledi Frederik. Mərhum lord Merestonun zümrüdə
böyük marağı var idi. O, zümrüdü daşlardan ən təmizi
hesab eləyirdi.
Foulds (Tələsik). Hə, nə olsun?
Ledi Frederik. O olsun ki, Mimi qəflətən ağır
xəstələndi. Ona baxmağa adam yox idi. Təbii ki, meh-
manxanada məskunlaşan dindar ingilis qadınlar beyin-
lərinə tapança dirəsən də, ona yaxınlaşan deyildilər.
Odur ki, mən həmişə elədiyim kimi elədim.

421
   416   417   418   419   420   421   422   423   424   425   426