Page 418 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 418
yam Somerset Moem
Ledi Frederik. Bəs daş daşa rast gəlib necə, yerinə
düşürmü? Yeri gəlmişkən, eşitdiyimə görə, Ledi Meres-
ton mənim haqqımda yüksək fikirdədir.
Foulds. Qadınların bir zəif yeri var: bütün kartları
açıb qoymaq. Tanıdıqlarım arasında bunu etməyən ye-
ganə qadın sənsən.
Ledi Frederik (İrland aksentiylə). İrlandiyada ehtiya-
tını əlindən versən, məhv olardın.
Foulds. Sən Çarliyə ərə getməyə hazırlaşırsan?
Ledi Frederik. Nəyə görə bu qənaətdəsən?
Foulds. Ona görə ki, onun illik gəliri əlli mindi, sən
isə xirtdəyəcən borc içindəsən. Sənə təcili dörd min funt
lazımdı, yoxsa kitabın bağlanacaq. Son ili adın dillərdə
əzbər idi, amma pulun olduğundan sənə birtəhər dözür-
dülər. Əgər müflisləşsən, səni hər görən burnunu salla-
yacaq. Deməli, Ledi Frederik Berollzdan ledi Merestona
çevrilmək heç də pis deyil. Bacım həmişə mənə təlqin
eləyir ki, markiza titulu kifayət qədər cəlbedicidi.
Ledi Frederik. Hersoginya titulundan cəzbedici ola
bilməz. Əslində isə, hər ikisi ucuz təkəbbürdən savayı,
bir şey deyil.
Foulds. Sən məndən özündən on-on beş yaş cavan
bir oğlana hansı səbəbdən ərə getmək istəyimi soruşdun,
mən də cavab verdim.
Ledi Frederik. Onda başqa sualıma da cavab ver.
Niyə sən mənim şəxsi həyatıma qarışırsan?
Foulds. Bilirsən, bədbəxtlikdən, onun zavallı anası
mənim bacımdı, mən də o bacımı bütün qəlbimlə se-
virəm. Doğrudur, onun ərini bəyənməmişəm. Ömrüm
boyu belə özündənrazı, belə riyakar birisinə rast gəlmə-
mişəm.
Ledi Frederik. Onu yaxşı xatırlayıram. O, ümumi
kilsə tərəfdarlarının prezidenti idi, özü də bakenbard
buraxırdı.
Foulds. Amma bacım heç vaxt məni dar ayaqda
qoymayıb. Mən zibilə az düşməmişəm. O, həmişə mənə
418