Page 417 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 417
Seçilmiş əsərləri
Ledi Frederik. Gözəl görünürsən, Paradayn.
Foulds. Sağ ol.
Ledi Frederik. Buna necə müyəssər olursan?
Foulds. Gec yatıram, heç vaxt çarpayıma erkəndən
uzanmıram, ürəyim istəyəni yeyirəm, susayanda içirəm,
ən tünd siqarlar çəkirəm, idmanla-zadla məşğul olmu-
ram. Ən əsası istənilən şəraitdə özümü darıxmağa qoy-
muram.
Ledi Frederik. Təəssüf ki, şəhəri belə tələsik tərk
eləməli oldun. Əyləncələrindən ayrılmalı oldun.
Foulds. Oldu, olmadı, onsuz da, mən Rivyeraya hər
il gəlirəm.
Ledi Frederik. Elədi, amma axı hələ mövsüm baş-
lamayıb.
Foulds. Hələ ortayaşlılıq girdabına o qədər batma-
mışam ki, məndə vərdişlər yarana.
Ledi Frederik. Əziz Paradayn, srağagün ledi Meres-
ton qarışıq hisslər keçirərək poçta gedib sənə bax, bu
məzmunda bir teleqram vurub: “Tez gəl, sənin təcili
köməyin lazımdı. Çarli hiyləgər bir qadının toruna dü-
şüb. Mod”. Düz dedim?
Foulds. Düz geyinən bir qadının səhv eləyəcəyini
ağlıma da gətirmərəm.
Ledi Frederik. Sən də yerindən qopub bacının xi-
lasına gələndə qəflətən məlum olur ki, bu hiyləgər qa-
dın sənin sadiq nökərindi.
Foulds. Əgər belə ağıllı olmasaydın, əvəzin olmaz-
dı.
Ledi Frederik. Nə eləmək fikrin var?
Foulds. Əzizim, mən polis deyiləm, olsa-olsa, mə-
sum və subay bir qocayam.
Ledi Frederik. Hansı ki, anasından da bicdi, hansı
ki, ərə getməli bir sürü qızı var, hansı ki, reklam agen-
tindən də tədbirlidir.
Foulds. Mod hesab eləyir ki, bir vaxtlar səninlə yün-
gülcə gəzdiyimdən ipinə odun yığa bilərəm. Yəni lalın
dilini anası bilər. O, zərbi-məsəllərin böyük həvəskarıdı.
417