Page 415 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 415
Seçilmiş əsərləri
Cerald. Axı bu artıq ciddi məsələdi.
Ledi Frederik. Ciddidən də ciddi. Bunun nəylə
qurtaracağını fikirləşəndə adamı vahimə basır. Adətən,
dolaşıq vəziyyətlərə düşəndə, elə bil nəsə baş verir, məni
yenidən ayağa qaldırır. Keçən dəfə Elizabet xala
apopleksik zərbədən dünyasını dəyişdi. Yeri gəlmişkən,
bu elə də xeyir gətirmədi, axı matəm mərasimi dəhşətli
xərc tələb eləyir.
Cerald. Niyə axı sən ərə getməyəsən?
Ledi Frederik. Əzizim Cerald, özün bilirsən ki, tale
oyununda mənimki heç vaxt gətirmir.
Cerald. Amma Çarli Mereston sənin dərdindən
dəli-divanədi.
Ledi Frederik. Bu, hamıya məlumdu.
Cerald. Ona ərə get.
Ledi Frederik. İlahi, mən onun anası yerindəyəm.
Cerald. Boş-boş danışma. Sən cəmi onca il ondan
böyüksən. İndi ağlı-başı yerində olan bir gənc də ondan
yaşca balaca olanı özünə arvad eləmir.
Ledi Frederik. O elə xoşsifətdi. Onun həyatına bu
badalağı vura bilmərəm.
Cerald. Bəs, Montqomeri? Pulunu yığıb-yığışdır-
maq olmaz, özü də pis deyil.
Ledi Frederik (Heyrətlə). Əzizim, mən onu zorla
tanıyıram.
Cerald. Sual belə qoyulub: ya ər, ya gor, yəni məh-
kəmə.
Ledi Frederik. Bu da Çarli. Sən mənim canım, onu
buradan apar. Paradaynla danışmaq istəyirəm.
(Paradayn, Foulds və Mereston daxil olur).
Foulds. Ledi Frederik, siz hələ buradasınız?
Ledi Frederik. Gördüyünüz kimi.
Foulds. Biz eyvanda gəzişirdik.
Ledi Frederik (Merestona). Dərrakəli dayınız sizə
lazımi dərs keçdimi?
415