Page 420 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 420
yam Somerset Moem

Foulds. Əgər oğlanı rahat buraxıb onun həyatından
yox olsan, qırx min funt alacaqsan.

Ledi Frederik. Belə getsə, üstəlik, bir şapalaq da
qazanacam.

Foulds. Bilirsən, öz aramızda qalsın, palçığa girmək
axmaq işdi. Sənə indi pul hava-su kimi lazımdı, üstəlik,
həm də hansısa bir südəmərin ömrünün axırınacan
sənin ətəyindən tutub gəzməsi, çətin ki, xoşuna gələ.

Ledi Frederik. Oldu, palçığa girməyəcəyik. Amma
Ledi Merestona çatdır ki, əgər mənim, həqiqətən də,
onun pulunda gözüm olsa, dəli deyiləm ki, qırxca minə
razılaşam. Bircə başımı tərpətməyim kifayətdir ki, ilə əlli
min qazanım.

Foulds. Mən artıq bunu ona demişəm.
Ledi Frederik. Sən böyük uzaqgörənlik nümayiş
elətdirmisən. İkinci kartı aç görək.
Foulds. Özünü ələ al.
Ledi Frederik. Mən tamamilə sakitəm.
Foulds. Sən iblisanə hərəkətlərinlə həmişə seçil-
misən. Çarliyə hələ onu daddırmamısan ki?
Ledi Frederik (Gülərək). Hələ yox.
Foulds. Yaxşı. İkinci kart sənin nüfuzundu.
Ledi Frederik. Məndə axı o yoxdu. Özü də mən
bunu həmişə üstün cəhət saymışam.
Foulds. Bilirsənmi, Çarli hələ özünü tanımayan
südəmərin birisidi. O, elə bilir ki, sən abır-həya mücəs-
səməsisən. Onun ağlına da gəlməz ki, sənin elə qaynar
gəncliyin olub. Məni ən çox təəssüfləndirən də budur.
Foulds. Hər halda, Çarli biləndə heyrətlənəcək ki,
üstündə əsə-əsə qaldığı o gözoxşayan qızılgül...
Ledi Frederik. Az qala onun öz doğmaca dayısına
qoşulub qaçacaqmış. Yəqin, bu haqda ona danışmaq
istəməzsən, özünü eşşək kimi aparmazsan.
Foulds. Madam, əgər tələb olunarsa, Paradayn
Foulds, hətta özünü gülünc yerinə qoymağa da hazırdı.

420
   415   416   417   418   419   420   421   422   423   424   425