Page 423 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 423
Seçilmiş əsərləri
Ledi Frederik. O, çox gözəl idi.
Foulds. Şübhə eləmirəm, amma, şükür ki, məndə
hələ də az da olsa, abır-həya qalıb. Bütün içim, elə bil
hayqırır: Axı ağsaçlı, bakenbardlı bir kişi özünü necə
cücə adlandıra bilər?
Ledi Frederik. Doğrudan da, əgər sevgini belə
qiyamət zümrüdlərlə bildirə bilirsənsə, sonsuz ehtira-
sının təsdiqi üçün sözə nə ehtiyac var?
Foulds (Diksinir və dərhal ciddi görkəm alır). Bəs Mod
necə olsun?
Ledi Frederik. Hansı mənada?
Foulds. O yazıq buna, sadəcə, dözə bilməyəcək. O,
bütün iyirmi ikiillik həyatları boyu ona moizələr oxu-
yub. Yazıq bacım onun ayağı dəyən torpağa səcdə
eləyirdi. O, onunla qəbrə girməyə də hazır idi, amma qə-
rara aldı ki, onun bu xeyirxah əməllərini davam etdirsin.
Ledi Frederik. Bilirəm.
Foulds. Hə, bu, ciddi kartdı. Sən zümrüdlərdən düz
imtina eləmisən, bu məktublar ikiqat qiymətlidir.
Ledi Frederik. İstəyirsən, onları yandıraq.
Foulsd. Betsi!
Ledi Frederik. Bu da ocaq. Onları ora at.
(Foulds hər iki əliylə məktubu tutub yeyin addımlarla
sobaya tərəf gedir. Amma dayanıb geri qayıdır və məktubu di-
vana atır.)
Foulds. Bacarmıram!
Ledi Frederik. Niyə?
Foulds. Bu həddən ziyadə səxavətli jestdi. Mən
səninlə son nəfəsimə qədər döyüşməyə hazıram. Amma
bu halda sən ciddi üstünlük qazanacaqsan. Mənim əl-
ayağım bağlanacaq.
Ledi Frederik. Neynək, qoy belə olsun. İstəmir-
sənsə, qoy qalsın.
Foulds. Əgər sən belə bir kartı ocağa atırsansa, bəs
onda əlində nə qalır? Fleş-royal?
423