Page 422 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 422
yam Somerset Moem
(Ledi Frederikin nökəri əlində çox da böyük olmayan
qutuyla daxil olub onu stolun üstünə qoyur. Çıxır. Ledi Frede-
rik söhbətinə davam eləyə-eləyə qutunu açır).
Foulds. Şükür ki, subayam, heç bir həzinsəsli mə-
leykə də mən təklənmək istəyəndə yastığımı dikəldib
eləmir.
Ledi Frederik. Sağalana qədər onun qulluğunda
dayandım. Sonra belə qərara gəldi ki, öz mənasız hə-
yatına görə qarşımda borcludur. O, gözəl zümrüdlərini
mənə vermək istədi. Mən götürmədim. O, dəhşətli də-
rəcədə dilxor oldu. Onda qayıtdım ki, yaxşı, əgər razı ol-
sanız, mən sizdən başqa şey alaram.
Foulsd. Nə aldın?
Ledi Frederik. Bir yığın məktub. Mən həm zərfin
üstündəki ünvanı görmüşdüm, həm də xətti tanımışdım.
Qərara aldım ki, bu yazışma mənim əlimdə olsun. Belə
daha etibarlıdır. (O, qutudan məktubları çıxarıb Paradayna
verdi.) Bax, bunlardı.
(Paradayn onlara baxıb diksinir.)
Foulds. 89, Qrosvenor-skver. Merestonun xəttidi.
Doğrudan? Necə ola bilər? Ay, ay, ay. (Gülməkdən uğu-
nub gedir.) Qoca arvadbaz. Bilirsən, o, məni öz evində gör-
mək istəmirdi. Axı mən avaranın, pozğunun birisiyəm.
Amma o, ümumi kilsə tərəfdarlarının prezidenti idi. İla-
hi, onun sözləri hələ də qulağımdan getməyib: “Cənab-
lar, mən ingilis ailələrinin mənəviyyatının, möhkəmliyinin,
saflığının arxasında dağ kimi dayanmışam”. Deməli,
belə.
Ledi Frederik. Mən həmişə müşahidə eləmişəm ki,
din təəssübkeşləri nədənsə qadın işvəsi qarşısında güc-
süzdü.
Foulds. Baxmaq olar?
Ledi Frederik. Nə bilim, özüm də bilmirəm. Bax.
Foulds (Oxuyur). “Ürəyimin sevinci...” Bu da onun
imzası: “Sənin cücən”. Qoca arvadbaz.
422