Page 424 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 424
yam Somerset Moem
Ledi Frederik. İstisna deyil ki, mən, sadəcə, blef
eləyirəm.
Foulds. İlahi, təzədən sənin bu irland aksentini
eşitmək mənim qulaqlarım üçün şərbət içmək kimi bir
şeydi.
Ledi Frederik. Doğrudan?
Foulds. Elə bilirəm, sən bu aksentdən öz həmsöh-
bətlərini tərk-silah eləmək üçün istifadə eləyirsən.
Ledi Frederik (Gülümsəyərək). Ay hay, sənimi tərk-
silah eləmək?!
Foulds. İlahi, bir vaxtlar mən sənə necə də vurul-
muşdum.
Ledi Frederik. Bir çox başqaları kimi.
Foulds. Amma sən mənimlə iyrənc rəftar elədin.
Ledi Frederik. Demək olar ki, hamı belə deyir. Yeri
gəlmişkən, aydın görünür ki, sən bu zərbədən sonra
özünə gələ bilmisən.
Foulds. Düz deyil. Sənin o kobud rəftarın mənim
mədəmə sağalmaz yara vurdu.
Ledi Frederik. Bu səbəbdənmi biz ayrılandan sonra
Qayalıq dağların əvəzinə Karlsbada getdin?
Foulds. Bəlkə də, sənə gülməli görünəcək, amma
olan budur ki, mən ömrümdə yalnız bir dəfə aşiq olmu-
şam. Həmin adam da sənsən.
Ledi Frederik (Gülümsəyib əlini uzadaraq). Gecən
xeyrə qalsın.
Foulds. Bütün bunlara görə mən səninlə döyüşə-
cəm, bütün silahları işə salmaqla.
Ledi Frederik. Paradayn, mən səndən qorxmuram.
Foulds. Gecən xeyrə qalsın.
(O çıxır və kapitan Montqomeri daxil olur).
Ledi Frederik (Əsnəyərək və gərnəşərək) Nəsə yuxum
var.
Kapitan Montqomeri. Çox təəssüf. Mən sizinlə söh-
bət eləmək istəyirdim.
424