Page 429 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 429
Seçilmiş əsərləri

Rouz. Kişi vurulanda olsa-olsa ay işığında sonetlər
yazmaq iqtidarındadı. Amma qadın vurulanda, hər hal-
da, ona nahar da hazırlayır, corabını da yamayır.

Cerald. Belə çıxır ki, söhbətə nöqtəni həmişə sən
qoymalısan. (Rouz başını qaldırır və Cerald onun dodaqlarını
öpür.)

Rouz. Sən gün-gündən daha çox xoşuma gəlirsən.
Cerald. Hər halda, bu, məni sakitləşdirir.
Rouz. Amma, çətin ki, kimsə səni dilli-dilavər saya.
Cerald. Məgər bir-birlərinə aşiq olanların bağın
skamyasında saatlarla dinib-danışmadan oturub qaldıq-
larını görməmisən?
Rouz. Nə olsun?
Cerald. Əvvəllər elə bilirdim, onlar dəhşətli dərəcə-
də darıxırlar. İndi başa düşürəm ki, onlar ən xoşbəxt
insanlardı.
Rouz. Sən, əlbəttə, mənim itaətkar əsgərim, mən də
sənin şəfqət bacınam.
Cerald. Bilirsən, mən Dublindəki “Triniti” kollecin-
də təhsil alanda...
Rouz (Sözünü kəsərək). Sən məgər orada oxumusan?
Elə bilirdim, Oksfordu qurtarmısan.
Cerald. Yox. Nədi ki?
Rouz. Elə bir şey deyil, sadəcə, mənim bütün qo-
humlarım Maqdalina kollecində, Kembricdə oxuyublar.
Cerald. Sonra.
Rouz. Mən də qərara almışam ki, əgər oğlum olsa,
o da orada oxuyacaq.
(Admiral diksinib dəsmalı üzündən atır. O birilər onu
sezmirlər. O, maraqla söhbətə qulaq asır. Az sonra ledi Frede-
rik də içəri keçib üzündə təbəssüm onların söhbətini dinləyir.)
Cerald. Əzizim, bilirsən ki, sənə qarşı getməyi xoş-
lamıram, amma mən çoxdan qərar qəbul eləmişəm ki,
oğlum özüm kimi Dublində təhsil alacaq.
Rouz. Gərək məni bağışlayasan, Cerald, amma uşaq
centlmenə layiq təhsil almalıdır.

429
   424   425   426   427   428   429   430   431   432   433   434