Page 432 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 432
yam Somerset Moem

Ledi Frederik. Mən də bu qənaətdəyəm.
Cerald. Sən hər şeyi qaydasına qoyacağına söz
verəndə mən elə hiss elədim ki, arxamda dağ var.
Ledi Frederik. Sənə dedim axı, bacardığımı eləyə-
cəm. Həm də məsləhət gördüm ki, narahat olmayasan.
Cerald (Qəflətən dönərək). Məgər nəsə elə deyil?
Ledi Frederik. Elə deyil, qəti elə deyil. Mən bilirdim
ki, Koen burada yerləşib, özü də ümid eləyirdim ki, ona
veksellərə, heç olmasa, bir neçə günlüyə dəyib toxunma-
mağı təlqin eləyə biləcəm.
Cerald. Razılaşmadı?
Ledi Frederik. Artıq veksellər onda yoxdu.
Cerald (Təşvişlə). Necə?
Ledi Frederik. O, vekselləri verib və and içir ki, indi
onların kimdə olduğunu bilmir.
Cerald. Axı, hansı dəli onları alar?
Ledi Frederik. Bilmirəm. Ən dəhşətlisi də elə bu-
dur. Onsuz da, hər şey belə pis idi. Amma mən elə bilir-
dim ki, Kouendən ən azı bunu gözləmək olmaz...
Doğrudanmı, bu, Paradaynın işidi?
Cerald. Montqomeri də var.
Ledi Frederik. Bu gün onunla görüşəcəm.
Cerald. Ona nə deyəcəksən?
Ledi Frederik. Ağlıma belə gəlmir. Düzünü desəm,
mən ondan qorxuram.
Cerald. Əzizim, ən pisi də baş versə...
Ledi Frederik. Ən pisi də baş versə, sən Rouzla
evlənəcəksən. Bunu mən sənə vəd eləyirəm.
(Paradayn Foulds peyda olur).
Foulds. Gəlmək olar?
Ledi Frederik (Təbəssümlə). Bura bizim şəxsi
mülkümüz deyil ki. Sizi necə buraxmaya bilərəm?
Cerald. Yaxşısı budur, mən gedib gəzişim.
Ledi Frederik. Oldu.
(Cerald çıxır.)

432
   427   428   429   430   431   432   433   434   435   436   437