Page 434 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 434
yam Somerset Moem
Foulds. Çox sağ ol. Ola bilsin, mən sənin bu lütfkar-
lığından istifadə elədim.
Ledi Frederik. Yəqin, Çarlidə yumor hissinin çox
güclü olduğunu sən də sezmisən.
Foulds. Əgər məni sancmağa başlasan, çıxıb gedə-
cəm. (Dayanır). Sənə qarşı heç bir silahın olmadığına
beləmi əminsən?
Ledi Frederik (Gülərək). Tamamilə.
Foulds. Mənim bacımın bu gün əhvalı olduqca
xoşdu. Bellinqtonların işi nə yerdədir?
Ledi Frederik. Yüngülcə bir qalmaqal olub, qəliz bir
şey yoxdu.
Foulds. Ehtiyatlı ol. O, qadındı və qarşısını heç nə
kəsə bilməz.
Ledi Frederik. Maraqlıdır, görən, nədən sən mənə
belə xəbərdarlıq eləyirsən?
Foulds. Keçmiş xatirələrə görə, əzizim.
Ledi Frederik. Paradayn, sən sentimental olmağa
başlayırsan. Tanrılar qocalan xudbini belə cəzalandı-
rırlar.
Foulds. Ola bilər, amma öz canıma and olsun ki, heç
cür unuda bilmirəm, bir dəfə...
Ledi Frederik (Sözünü kəsərək). Əziz dost, gəl o
kədərli keçmişi qurdalamayaq.
Foulds. Sənin qədər sentimentallıqdan uzaq insana
həyatım boyu rast gəlməmişəm.
Ledi Frederik. Gəl mənim yer üzündəki bütün
naqisliklərin yığnağı olduğumla razılaşıb söhbəti dəyi-
şək.
(Nökər daxil olur.)
Nökər. Miledi, madam Klod sizi görmək istəyir.
Ledi Frederik. Mənim dərzimdi.
Foulds. Daha bir haqq-hesab?
Ledi Frederik. Monte-Karlonun əsas çatışmazlığı
odur ki, burada Bond-stritdən də çox sərmayədar gör-
mək olar. Deyin ki, mən məşğulam.
434