Page 430 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 430
yam Somerset Moem
Cerald. Səninlə razıyam, Rouz, amma, hər şeydən
əvvəl, o, irlanddı, deməli, İrlandiyada da oxumalıdır.
Rouz. Əzizim Cerald, belə məsələlərdə ən doğru
qərar ana hissiyyatına etibar eləməkdi.
Cerald. Sevimli qızılgülüm, ata müdrikliyi həmişə
daha etibarlıdır.
Ledi Frederik. Müdaxilə elədiyimə görə üzr istə-
yirəm, amma sizə elə gəlmirmi ki, çox qabağa qaçırsınız?
Admiral (Heyrət içində). Ömrümdə birinci dəfədi ki,
adaxlılar arasında belə söhbətin şahidi oluram.
Rouz. Atacan, hər şeyə hazır olmaq lazımdı.
Admiral. Mənim cavanlığımda qızlar belə şeyləri
müzakirə eləmirdilər.
Ledi Frederik. Elə bilirəm, hamının bildiyi bir şeyi
bilmək heç kəsin zərərinə olmaz. Avamlıq kiməsə başu-
calığı gətirməyib. Əgər qız kütbeyindisə, inanmıram, ərə
gedəndə bu, onun xeyrinə olsun.
Admiral. Mən köhnədəbli adamlardanam, ledi
Frederik. Mənim qənaətimə görə, elə mövzular var ki,
onlara toxunulanda gərək həyalı qız özündən gedə. Bəli,
madam, məhz özündən gedə. Mənim sütül bir gənc
olduğum vaxtlarda beləydi.
Rouz. Atacan, sən istəklərimə qarşı çıxanda mən
dəfələrlə özümdən getməyə cəhd eləmişəm, amma nəsə
alınmayıb. Deməli, bu məsələ mənlik deyil.
Admiral. Sizin oğlunuzun harada oxuyub-oxuma-
yacağıyla əlaqədar bu gülməli söhbətə gəlincə, unut-
mayın ki, bu barədə məndən də soruşsanız, pis olmaz.
Cerald. Əziz admiral, sizin nədən belə narahat
olmağınızı heç cür başa düşə bilmirəm.
Admiral. Lap dərinə varmamaq üçün bəri başdan
deyirəm: Rouz dünyaya gələn kimi qərara aldım ki,
onun oğlu mütləq Kembricdə oxumalıdır.
Rouz. Atacan, elə bilirəm, nəyin oğlumuzun xeyrinə
olduğunu biz Ceraldla daha yaxşı müəyyənləşdirə
bilərik.
430