Page 435 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 435
Seçilmiş əsərləri

Nökər. Madam Klod dedi ki, siz boşalana qədər
gözləyəcək.

Foulds. Sən səhv eləyirsən. Borcunu qaytara bilmə-
diyin adamla gərək olduqca nəzakətlə davranasan.

Ledi Frederik. Qoy gəlsin.
Nökər. Oldu, miledi.
(Nökər çıxır).
Foulds. Çoxmu borcun var?
Ledi Frederik. Elə də çox deyil. Cəmi yeddi yüz
funt.
Foulds. İşə bir bax.
Ledi Frederik. Əziz dost, lüt qalmayacaqdım ki.
Özümü əncir yarpağıyla örtüm?
Foulds. Sadə geyinmək də olardı.
Ledi Frederik. Mən belə də eləyirəm. Ona görə də
baha alınır.
Foulds. Sən dəhşətli bədxərcsən.
Ledi Frederik. Qəti elə deyil. Mən aza qane olanam.
Foulds. Sən qulluqçu da saxlayırsan.
Ledi Frederik. Əlbəttə, saxlayıram. Mənə başqa-
sının köməyi olmadan geyinməyi öyrətməyiblər.
Foulds. Sənin nökərin də var.
Ledi Frederik. Var və həmişə də olub. Elə anamın
da. Mən bir gün də nökərsiz qala bilmərəm.
Foulds. O, sənin üçün nə eləyir?
Ledi Frederik. O, məndə arxayınçılıq hissi yaradır.
Foulds. Sən ən bahalı nömrəni tutmusan.
Ledi Frederik. Mən dəhşətli vəziyyətdəyəm. Nöm-
rəm də pis olsa, ürəyim partlar.
Foulds. Bu azmış kimi, sən kazinoda pulları sağa-
sola səpələyirsən.
Ledi Frederik. Əgər adam mənim kimi kasıbdısa,
bir neçə luidorla varlı olmayacaq.
Foulds (Kinayə ilə). Sən düzələn deyilsən.
Ledi Frederik. Məndə günah yoxdu. Ha qənaət
eləmək istəsəm də, pul elə bil su kimi axıb gedir. Heç nə

435
   430   431   432   433   434   435   436   437   438   439   440