Page 439 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 439
Seçilmiş əsərləri
Ledi Frederik. Dərzi? Boş-boş danışmayın! Siz rəs-
samsınız, əzizim, əsl rəssam. Rəssamların yeri isə kral-
ların yanındadı.
Madam Klod. Amma etiraf eləyim ki, mən öz müş-
tərilərimi kral sarayında geyinənlər kimi geyindirməyə
utanardım.
Ledi Frederik. Deməli, danışdıq, madam Klod...
Mən sizə Ada deyə bilərəm?
Madam Klod. Ledi Frederik, bu, mənə məmnunluq
gətirər. Amma adımı siz haradan bilirsiniz?
Ledi Frederik. Cəmi bir neçə gün əvvəl siz mənə
məktub göndərmişdiniz.
Madm Klod. Doğrudan?
Ledi Frederik. Həm də çox əsəbi.
Madam Klod (Üzrxahlıqla). Amma, ledi Frederik, bu
sırf işlə bağlı bir məktub idi. Doğrusu, yadımda
qalmayıb, məhz hansı ifadələr...
Ledi Frederik. (Elə bil məsələnin nə yerdə olduğu ancaq
indi ona çatır. Madam Klodun sözünü kəsir). Ada! Siz axı
borca görə gəlmisiniz!
Madam Klod. Xeyr, miledi, siz nə danışırsınız!
Ledi Frederik. Borca görə. Dəqiqdi. Bu, sizin üzü-
nüzdən də oxunur. Bu o qədər də yaxşı hərəkət deyil.
Mən elə bilirdim, siz yanıma bir rəfiqə kimi gəlmisiniz.
Madam Klod. Elədi ki, var, ledi Frederik.
Ledi Frederik. Xeyr, siz məndən pul tələb eləməyə
gəlmisiniz. Necə də məni pərişan etdiniz. İnanmazdım
ki, mənə qarşı belə hərəkət eləyərsiniz. Siz axı birinci
gün deyil ki, mənə paltar tikirsiniz.
Madam Klod. Miledi, sizi əmin eləyirəm ki...
Ledi Frederik. Artıq bir kəlmə də lazım deyil. Siz
qəbz dalınca gəlmisiz. Elə indicə onu alarsınız.
Madam Klod. Xeyr, ledi Frederik, mən almayacam.
Ledi Frederik. Borcum nə qədərdi, madam Klod?
Madam Klod. Mən... unutmuşam.
439