Page 443 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 443
Seçilmiş əsərləri
elə lord idi, aralarında heç bir fərq yox idi. Elə hesab
eləyirdi ki, markiz qrafdan daha incə, zərif personadı,
vikont isə onun təsəvvüründə barondan da yüksəkdə
dayanırdı. O ölənəcən anlaya bilmədi ki, cibində siçanlar
oynayan bir irland baroneti ən titullu qrafdan da daha
kübar dairələrdə gəzib dolana bilər.
Ledi Frederik. Sözünüzün canı nədi?
Kapitan Montqomeri. Sadəcə, mənim sizə niyə
evlənmək təklifi etməyimin səbəblərindən birini açıqla-
yıram.
Ledi Frederik. Siz, yəqin, kübar mühitin çox
insanlarıyla tanışsınız. Bu günlərdə sizin məşhur cənga-
vərlərdən birinin dul arvadıyla birlikdə nahar elədiyinizi
gördüm.
Kapitan Montqomeri. Məşhur şəxslərin çoxu mə-
nimlə birlikdə nahar eləməyi özünə şərəf bilir. Amma
mən çox gözəl anlayıram ki, bu, mənim axtardığım
deyil. Və o evlər ki sizlər bütün həyatınızı onun divarları
arasında keçirirsiz, məndən yenə əvvəlki kimi uzaqdadı.
Üçüncüdərəcəli qraflar və nimdaş dul arvadlar məni
təmin eləmir.
Ledi Frederik. Qabaqcadan üzr istəyirəm, amma
deməliyəm ki, siz, sadəcə, təqlidçinin birisisiniz.
Kapitan Montqomeri. Mənim atam Aaron Levistki
ingilislə evləndiyindən məndə onların xarakterindən çox
şey var.
Ledi Frederik. Tamamilə əminəm ki, o cəmiyyət sizi
mənim ərim qiyafəsində olsanız belə, həzmi-rabesindən
keçirəcək.
Kapitan Montqomeri. Üz-gözlərini turşutsalar da,
udacaqlar, çarələri nədi? Onları İngiltərənin ən dəb-
dəbəli ovuna dəvət eləyəndə isə qərara alacaqlar ki, mə-
dələri məni əməllicə həzm eləmək iqtidarındadı.
Ledi Frederik (Hələ də heyrətlə). Siz öz təklifinizi
açıq-aydın işbazlıqla yeridirsiniz, amma mən işbaz
qadın deyiləm. Bu yanaşma məni cəlb eləmir.
443