Page 442 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 442
yam Somerset Moem
nim qəti həvəsim yoxdu. Yeri gəlmişkən, siz bizim
dünənki söhbət barədə fikirləşmisinizmi?
Ledi Frederik. Xeyr.
Kapitan Montqomeri. Amma pis olmazdı.
Ledi Frederik. Əziz kapitan Montqomeri, doğru-
danmı, siz elə fikirləşirsiniz ki, mənim qardaşım öz ax-
maqlığı ucbatından pokerdə bir qalaq pul uduzub və
borcdan çıxa bilmir deyə, sizə ərə gəlməliyəm?
Kapitan Montqomeri. Məgər siz mənim sələmçi
oğlu olduğumu bilmirsiniz?
Ledi Frederik. Məncə, gəlirli iş olmalıdır.
Kapitan Montqomeri. Atam da belə hesab eləyirdi.
O, Aaron Levitski adlı bir Polşa yəhudisiydi. Bura
gələndə cibində cəmi üç şillinq olub. Bu pulun yarısını
dostuna verib; amma üç gün sonra ona yeddi şillinq və
altı peso qaytarmaq şərtiylə.
Ledi Frederik. Düzdü, mənim rəqəmlərdən elə də
başım çıxmır, amma, deyəsən, faiz əndazəsiz dərəcədə
yüksəkdi.
Kapitan Montqomeri. Siz haqlısınız. Mənim atam
bu işdə böyük ustaydı. Bu balaca bir başlanğıc idi, vaxt
ötdükcə onun biznesi nəhəng ölçülər aldı. Vəfat elə-
yəndə mənə Montqomerilər ailəsinin adını və möhü-
rünü, üstündə də milyondan artıq pul miras qoydu.
Ledi Frederik. Gör bir qənaətcillik, əməksevərlik və
taleyin naxışı nələrə gətirib çıxarır.
Kapitan Montqomeri. Atam şöhrətpərəst adam idi
və bu səpkili arzularının hamısını həyata keçirə bildi,
yalnız birindən başqa. Kübar cəmiyyətə düşmək arzusu
onun bütün ruhuna hakim kəsilsə də, istəyinə çata
bilmədi. Ölümündən əvvəl məni çağırıb dedi ki, istə-
yirəm, sən o çevrələrdə olasan ki, hansılar haqda mən
yalnız...
Ledi Frederik. Eşitmişəm?
Kapitan Montqomeri. Bəli, məhz eşitmişdi. Təəssüf
ki, atam belə məsələlərdə sadəlövh idi. Onun üçün lord
442