Page 446 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 446
yam Somerset Moem

Ledi Frederik. Səfehləmə. Özünüz də bilirsiz ki, elə
deyil.

Mereston. İndi hara hazırlaşırsınız?
Ledi Frederik. Nəsə başım ağrıyır. Gedim uzanım.
Mereston. Nə pis oldu.
(Ledi Frederik çıxır. Mereston həyəcanla onun ardınca
baxıb qapıya tərəf bir addım atır.)
Ledi Mereston (Tələsik). Sən hara, Çarli?
Mereston. Mən ledi Frederikdən ona kömək lazım
olub-olmadığını soruşmadım.
Ledi Mereston. Yaxşı görək, mehmanxana qulluq-
çuyla doludur, onu darda qoymazlar.
Mereston. Bəlkə, maşında gəzinti onun xeyrinə
olar?
Ledi Mereston (Özünü saxlaya bilməyərək). Tamam
hövsələsiz olmusan. Ehtirasdan adam başını gör necə də
itirərmiş!
Paradayn. Sakit ol, qarıciyəz, sakit ol.
Mereston. Ana, sən nə demək istəyirsən?
Ledi Mereston. O arvada vurulduğunu, yəqin, in-
kar eləməzsən, hə?
Mereston (Ağarıb). Zəhmət olmasa, arvad yox “ledi
Frederik” de.
Ledi Mereston. Çarli, bu artıq əndazəni aşmaqdı.
Xahiş eləyirəm, mənim sualıma cavab ver.
Mereston. Bunu kobudluq kimi qəbul eləmə, ana,
amma sənin mənim şəxsi həyatıma qarışmağa ixtiyarın
yoxdu.
Foulds. Əgər bu işi çözmək istəyirsinizsə, çalışın,
özünüzü ələ alın.
Mereston. Mən heç nəyi çözmək niyyətində deyi-
ləm.
Ledi Mereston. Özünü axmaq yerinə qoyma, Çarli.
Sən hər səhərini, hər axşamını, ümumiyyətlə, bütün
gününü ledi Frederikin böyür-başında keçirirsən. O elə

446
   441   442   443   444   445   446   447   448   449   450   451