Page 441 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 441
Seçilmiş əsərləri

Madam Klod (Gedərək). Görüşümüzə çox şad ol-
dum.

(Paradayn Madam Kloda əlini uzadır və onlar birlikdə
çıxırlar. Ledi Frederik pəncərəyə yaxınlaşıb stulun üstünə
qalxır və dəsmalını yelləyir. Elə bu vaxt Kapitan Montqomeri
daxil olur.)

Kapitan Montqomeri. Salam.
Ledi Frederik (Stuldan düşür). Nə yaxşı ki, gəldiniz.
Sizi görmək istəyirdim.
Kapitan Montqomeri. Əyləşə bilərəmmi?
Ledi Frederik. Əlbəttə. Biz bir məsələni danışma-
lıyıq.
Kapitan Montqomeri. Eşidirəm.
Ledi Frederik. Əvvəla, Ceralda olan qayğınıza görə
sizə təşəkür eləyirəm. Onun sizə bir qalaq borcu oldu-
ğunu dünənəcən bilməmişəm.
Kapitan Montqomeri. Boş şeydi.
Ledi Frederik. Əgər doqquz yüz funt sizdən ötrü
boş şeydisə, onda, görünür, çox varlısınız.
Kapitan Montqomeri. Varlıyam.
Ledi Frederik (Təbəssümlə). Hər halda, ona bu qədər
vaxt verməyiniz sizin tərəfinizdən böyük alicənablıqdı.
Kapitan Montqomeri. Mən Ceralda dedim ki, onun
sabahacan vaxtı var.
Ledi Frederik. Təbii ki, o, sizinlə imkanı çatdığı qə-
dər tez hesablaşmaq istəyir.
Kapitan Montqomeri (Təmkinlə). Tez-tez özümə
sual eləyirəm: görən, niyə kart borcunu vicdan borcu
sayırlar?
Ledi Frederik (Düz onun gözlərinin içinə baxaraq).
Əgər siz inad eləsəniz və Cerald borcunu ödəyə bilməsə,
o öz kağızlarını başqasının mülkiyyətinə keçirməli ola-
caq.
Kapitan Montqomeri (Laqeydcəsinə). Əmin ola
bilərsiniz ki, məsələni bu həddə gətirib çıxarmağa mə-

441
   436   437   438   439   440   441   442   443   444   445   446