Page 440 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 440
yam Somerset Moem
Ledi Frederik. Yeddi yüz əlli funt, on yeddi şillinq,
doqquz pens. Görürsünüz, yadımdadı. Siz qəbz dalınca
gəlmisiniz, onu da alacaqsınız. (Əyləşib qələmi əlinə alır).
Madam Klod. Ledi Frederik, niyə siz mənə qarşı
belə amansızsınız? Elə bil mən hansısa ikincidərəcəli bir
müəssisəyəm.
Ledi Frederik. Bağışlayın, amma bu haqda qabaq-
cadan fikirləşmək lazım idi. İşə bir bax, yanımda qəbz
yoxdu. Bu nə bəladı!
Madam Klod. Elə bir fikrim yoxdu, ledi Frederik.
İnanın ki, bu, mənim ağlıma da gəlmirdi.
Ledi Frederik. Mən nə cür eləyim?
Foulds. Adi vərəqdə də yazmaq olar.
Ledi Frederik (Ona tərəf tərs-tərs baxaraq). Əcinnə!
(Astadan) Əlbəttə, olar. Bu heç ağlıma gəlməyib. (Vərəq
çıxarır.) Bəs markanı haradan tapım?
Foulds (Məzələnərək). Təsadüfən məndə var.
Ledi Frederik. Maraqlıdır, nədən Monte-Karloda
özünüzlə ingilis markası gəzdirirsiniz?
Foulds (Markanı verərək). Bəzən bir pens dəyərində
marka yüz luidor qənaət eləməyə imkan verir.
Ledi Frederik (Kinayə ilə). Çox sağ olun. Yuxarıdan
bankın adını yazacam. Madam Kloda ödənsin...
Madam Klod. Bu heç olmadı, Ledi Frederik. Niyə
siz mənə qarşı belə ciddisiniz? Bir xanım kimi xanımdan
məni bağışlamasını rica eləyirəm. Doğrudur, mən borca
görə gəlmişdim, amma... bu pulları istəmirəm.
Ledi Frederik (Özündən razı halda başını qaldırır).
Neynək. (Qəbzə baxır.) Qoy siz deyən olsun. Buyurun.
(Qəbzi cırır.)
Madam Klod. Çox sağ olun, ledi Frederik. Siz mənə
əsl lütfkarlıq göstərdiniz. Daha arxayın gedə bilərəm.
Ledi Frederik. Gedirsiniz? Neynək, xudahafiz. Para-
dayn, madam Klodu ekipajına ötürün. Ada!
(Madam Klodun yanağından öpür.)
440