Page 438 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 438
yam Somerset Moem
Ledi Frederik (Azca karıxıb). Ha-ha-ha.
Foulds (Astadan pıçıldayıb). Ho-ho-ho.
Ledi Frederik. Necə də incə yumorlu qadınsınız. Bu
haqda mütləq ershersoginyaya danışacam. Ay güləcək
ha. Ha-ha-ha. Əziz ershersoginya yaxşı zarafatın xiri-
darıdı. Sizi onunla tanış eləmək lazımdı. Birlikdə nahar
eləyirik, hə? Əminəm ki, siz bir-birinizdən razı qala-
caqsız.
Madam Klod. (Ürəkdən). Siz çox nəcib insansınız,
miledi.
Ledi Frederik. Əzizim, özünüz də gözəl bilirsiniz
ki, mən həmişə sizi öz yaxın rəfiqəm hesab eləmişəm.
Başqa kimi dəvət eləyək? Deməli, danışdıq, siz, mən və
ershersoginya. Mən lord Merestonu da dəvət edəcəm.
Madam Klod. Markiz Merestonumu, ledi Frederik?
Ledi Frederik. Bəli. Həmçinin onun dayısı, cənab
Fouldsu.
Madam Klod. Bağışlayın, doğrudanmı, siz cənab
Paradayn Fouldssunuz?
Foulds (Başını tərpədərək). Sizin hüzurunuzdayam,
madam.
Madam Klod. Sizinlə tanış olmağıma çox şadam,
cənab Foulds. (Astadan). Amma nəsə hamı deyir ki, siz
dözülməz insansınız.
Foulds. Madam, siz məni tamam utandırırsınız.
Madam Klod. Cənab Foulds, inanın ki, dərzilərin
yanına gələn qadınlar heç də mömin insanların həyat
yoldaşları deyil.
Ledi Frederik. Bizə bir kişi də lazımdı. Qardaşımı
da dəvət eləyək. Siz cənab Cerald O`Marayla tanışsı-
nızmı? Ya da knyaz Donianiylə? Gəlin knyazı dəvət elə-
yək. O, sizin xoşunuza gələcək. Çox maraqlı kişidi.
Budur, altı olduq.
Madam Klod. Siz çox nəcibsiniz, ledi Frederik,
amma mən olsa-olsa, bir... dərziyəm.
438