Page 436 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 436
yam Somerset Moem
eləyə bilmirəm. Mənim öz sərmayədarlarımla necə
qılıqlı davrandığımı təsəvvürünə belə gətirə bilməzsən.
Foulds. Davranmaq deyiləndə, yəni pul ödəmə-
mək, hə?
Ledi Frederik. Sən belə hesab eləyirsən? Gəl yüz lui-
dordan mərc gələk; mən ona pul təklif eləyəcəm, amma
o almayacaq.
Foulds. Oldu.
Ledi Frederik. Budur, gəlir.
(Madam Klod nökərin müşayiəti ilə daxil olur. Bu kübar
görkəmli, zövqlə geyinmiş, boylu-buxunlu bir xanımdı.
Koknidə danışır. Sifəti döyüşə hazır olduğunu, aləmi qatıb
qarışdıracağını, heç bir etiraz-filana məhəl qoymayacağını
ifadə edir.)
Nökər. Madam Klod.
(Nökər çıxır. Ledi Frederik izaholunmaz çevikliklə Kloda
sarı gəlib hər iki əlini ona uzadır.)
Ledi Frederik. Qadınlar qadını. Nə xoş sürpriz.
Madam Klod (Belini dikəldərək). Sizin Monte-Kar-
loda olduğunuzdan təsadüfən xəbər tutdum.
Ledi Frederik. Və dərhal görüşümə gəldiniz. Siz
necə də nəcibsiniz! Ürəyim yalnız sizi görmək istəyirdi.
Madam Klod (Səmimi tərzdə). Miledi, etiraf edim ki,
görüşümüzə çox şadam.
Ledi Frederik. Ah, mənim əzizim. Monte-Karlonun
gözəlliyi də elə ondadı ki, burada bütün köhnə dostları
tapırsan. Siz cənab Foldsla tanışsınız? Madam Klod rəs-
samdı, əzizimiz Klod əsl rəssamdı.
Madam Klod (Çaşqın halda). Sizin dilinizdən bu
sözləri eşitmək mənə çox xoşdu.
Foulds. Salam.
Ledi Frederik. Siz bir onun mənim üçün tikdiyi li-
basa baxın. Baxın, baxın. Burada dahilik izləri görünür,
əzizim. Məni bürüyən hisslər bütün varlığımı açıb gös-
tərir. Baxın görün, bu geyim necə də mükəmməldi. O,
436