Page 431 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 431
Seçilmiş əsərləri
Admiral. Uşaq işləməlidir, Rouz, avara övlad mənə
lazım deyil.
Cerald. Əlbəttə. Ona görə də mən onu Dublinə gön-
dərmək niyyətindəyəm.
Rouz. Əsas məsələ odur ki, tərbiyəli insan olsun,
Oksfordda ona nəsə öyrədə bilməsələr də, tərbiyəni
mütləq təlqin edəcəklər.
Ledi Frederik. Sizə elə gəlmirmi ki, bu söhbətə bir
də iyirmi ildən sonra qayıtmaq lazımdı?
Admiral. Ledi Frederik, elə söhbət var ki, onu
dərhal həll eləmək lazımdı.
Ledi Frederik. Bilirsiniz, indiki cavanlar çox
sərbəstdilər. Görən, iyirmi ildən sonra necə olacaq!
Cerald. Ən əsası uşaq gərək dinləməyi bacarsın.
Rouz. Əlbəttə. Qulağına pambıq tıxamış uşaqdan
pis nə ola bilər?
Admiral. Mənimmi nəvəm məni eşitməyəcək?
Kişiliyi çatırsa, yoxlasın görüm.
Ledi Frederik. Deməli, əsas məsələdə razılaşmı-
sınız. Hər şey qaydasındadı. Gəlmişdim deyəm ki, eki-
paj hazırdı.
Admiral. Öz şlyapanı get götür, Rouz. (Ledi Fre-
derikə müraciətlə). Siz bizimlə gedirsiniz?
Ledi Frederik. Təəssüf ki, yox. Au revoir.
Admiral. A tout a l`heure – tezliklə görüşənədək.
(Admiral və Rouz çıxır.)
Cerald. Sən heç Rouzdan gözəl məxluq görmü-
sənmi?
Ledi Frederik (Gülərək). Ancaq öz güzgümdə.
Cerald. Əzizim Elizabet, sən necə də təvazökarsan.
Ledi Frederik. Qardaş, görürəm, sən çox xoşbəxt-
sən.
Cerald. Bütün çətinliklər geridə qalanda adamın
ürəyi necə də rahat olur. Qorxurdum, hər şey kəllə-ma-
yallaq olacaq. Elizabet, sənin tayın-bərabərin yoxdu.
431