Page 433 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 433
Seçilmiş əsərləri
Foulds. Hə, demək belə, işlər necədi?
Ledi Frederik. Hər şey gözəldi, çox sağ ol.
Foulds. Mən Çarlini anasına təhvil verdim. Ümid
eləyirəm ki, bir-iki saat onsuz keçinə bilərsən.
Ledi Frederik. Özüm ona dedim ki, günortalar ana-
sıyla olmalıdır. Onun övladlıq borcunu qaytara bilmə-
məsi məni narahat eləyir.
Foulds. Aha!.. Səhər Dik Kouenlə görüşdüm.
Ledi Frederik (Dərhal). Belə de!
Foulds. Sənə maraqlıdır, eləmi?
Ledi Frederik. Heç də yox. Niyə də maraqlı olmalı-
dır?
Foulds. (Gülümsəyərək). Çox gözəl insandı, eləmi?
Ledi Frederik (Mərhəmətli baxışlarla). Heyif, əlimin
altında bir şey yoxdu, olsaydı, üstünə tullayardım.
Foulds (Gülərək). Hər halda, sənin o başıbəlalı
veksellərin məndə deyil. Mən gecikdim.
Ledi Frederik. Amma sən onu almağa cəhd elədin,
eləmi?
Foulds. Əlbəttə. Fikirləşdim ki, sənin ona ərə get-
məyinin ölüm-dirim məsələsi olduğunu bilməsi Çarliyə
maraqlı olar.
Ledi Frederik. İndi onlar kimdədir?
Foulds. Təsəvvürüm belə yoxdu. Amma sən çox pis
vəziyyətdə qala bilərsən. Üç min yarım, hə?
Ledi Frederik. Hamısını birdən demə. Çox iri görü-
nür.
Foulds. Merestonun məktubunu yeddi min funta
satırsanmı?
Ledi Frederik (Gülərək). Yox.
Foulds. Təəssüf... Yeri gəlmişkən, mən Çarliyə ət-
raflı danışsam, etiraz eləmərsən ki... Bizim münasibətlə-
rimizi deyirəm?
Ledi Frederik. Niyə də etiraz eləyim? Bu zaman gü-
lünc yerdə qalan mən olmayacam.
433