Page 428 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 428
yam Somerset Moem
Cerald. Sələmçi Aaron Levitskinin oğluna.
Ledi Frederik (Get-gedə dəli qəh-qəhəyə çevrilən gü-
lüşlə). Bircə bu çatmırdı!
İkinci pərdə
Birinci pərdədə olan səhnə. Admiral Karlayl kres-
loda yatıb, üzü dəsmalla örtülüb. Rouz bir qədimi kres-
loda əyləşib, Cerald da həmin kresloya söykənib.
Rouz. Atam elə yatağandır ki, təsəvvür olunmaz
dərəcədə.
(Admiral xoruldayır.)
Cerald. Sən tamamilə haqlısan. (Pauza.)
Rouz. Axırıncı yarım saatda düz on beş dəfə
söhbətin məzmununu dəyişmək istəmişəm.
Cerald (Təbəssümlə). Doğrudan?
Rouz. Sən də hər dəfə mənimlə razılaşırsan. Daha
sözüm qalmayıb, gərək nəsə yeni bir şey fikirləşib tapım.
Cerald. Sən elə həvəsli və ağıllı danışırsan. Təbii ki,
mən də razılaşmalı oluram.
Rouz. Maraqlıdır, on ildən sonra da mən sənin
gözünə belə həvəsli və ağıllı görünəcəm?
Cerald. Əlbəttə, şəkk-şübhəsiz.
Rouz. Əgər bir-birimizi atmacalarla iynələməsək,
çətin, söhbətimiz maraqlı olsun.
Cerald. Gözəllər gözəli, sən mərhəmət göstər, ağıl
lazım olanı götürəcək.
Rouz. Belə demə. Kişi vurulanda dərhal nəsihət
kürsüsünə qalxıb orada əlini belinə qoyub deyinir. Qa-
dın vurulanda isə onun üçün hansısa “olar”, “olmaz”ın
heç bir əhəmiyyəti yoxdu.
Cerald. Qadın vurulanda ürəyini mikroskop altına
qoyub döyüntülərini öyrənmək iqtidarındadı. Amma
kişi vurulanda elm, fəlsəfə, nə bilim, başqa şeylər yadı-
namı düşür?
428