Page 427 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 427
Seçilmiş əsərləri
Ledi Frederik. Çünki bu məsələnin ona dəxli yox-
du.
Kapitan Montqomeri. Dəxli yoxdu? Siz bir ondan
soruşun?
Ledi Frederik. Nəyi nəzərdə tutursunuz?
Kapitan Montqomeri. Ondan soruşun. Gecəniz
xeyrə qalsın.
Ledi Frederik. Xeyrə qarşı. (O çıxır. Ledi Frederik ey-
vana baxan pəncərəyə yaxınlaşıb çağırır.) Cerald!
Cerald. Mən buradayam (Otağa daxil olur.)
Ledi Frederik. Sən kapitan Montqomerinin mənə
evlənmək təklifi eləməyə hazırlaşdığını bilirdin?
Cerald. Bilirdim.
Ledi Frederik. Onu qəbul eləməyimə hansısa bir sə-
bəb varmı?
Cerald. Yalnız bir səbəb ki, mənim ona doqquz yüz
funt borcum var.
Ledi Frederik (Heyrət içində). Niyə mənə deməmi-
sən?
Cerald. Üzüm gəlmədi. Sən onsuz da gərgin idin.
Öz gicliyimdən, əlbəttə ki. Mən Rouza görə bankı apar-
maq istədim.
Ledi Frederik. Deməli qumarda uduzmusan?
Cerald. Hə.
Ledi Frederik (İstehzayla). Necə deyərlər, “vicdan
borcu”, hə?
Cerald. Mən birisi gün borcu qaytarmalıyam. Dəqi-
qənin söhbəti var.
Ledi Frederik. Amma axı birisi gün özümün iki
vekselimi ödəməliyəm. Əgər sən borcunu qaytarmasan
necə?
Cerald. Onda sənədlərim başqasının mülkiyyətinə
keçəcək və Rozini itirəcəm. Sonra da bu axmaq alnıma
bir güllə çaxacam.
Ledi Frederik. Nə isə, borc ən axırda kimə çatma-
lıdır?
427