Page 450 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 450
yam Somerset Moem

Mereston. Ledi Frederik barəsində pis söz eşitmək
istəmirəm.

Ledi Mereston. Sən məni dinləməlisən.
Mereston. Deməli, nəyinsə məni ağrıtmağının sənə
dəxli yoxdu, eləmi?
Ledi Mereston. Mən sənin tamam mənəviyyatsız
bir qadınla evlənməyinə icazə verə bilmərəm.
Mereston. Ana, sən bu sözləri necə deyə bilirsən?
Foulds. Bu söhbət mənim də ürəyimcə deyil, amma,
bəlkə, ən pis tərəfi də dinləyək.
Mereston. Çox gözəl. Bir şərtlə ki, əgər anam san-
dığı açıb pambığı tökmək niyyətindədirsə, qoy bunu
ledi Frederikin yanında eləsin.
Ledi Mereston. Böyük həvəslə.
Mereston. Çox şadam.
(O, zəngi basır. Nökər daxil olur).
Foulds. Mod, ehtiyatlı ol. Ledi Frederiklə belə oyun-
lara girişmək çox təhlükəlidir.
Mereston. (Nökərə). Ledi Frederik Berollza çatdırın
ki, lord Mereston narahatlığa görə bəri başdan üzr
istəyib deyir ki, əgər bir-iki dəqiqəliyə qonaq otağına
düşsə, ona çox minnətdar olar.
Nökər. Oldu milord. (Çıxır.)
Foulds. Mod, sən nə eləmək istəyirsən?
Ledi Mereston. Məndə ledi Frederikin öz əliylə
yazdığı bir məktub haqda məlumat var idi. Bu məktub
onun haqda dediklərimin hamısına haqq qazandırır. O
məktubu tapmaq üçün yeri-göyü alt-üst eləmişdim.
Nəhayət, bu səhər həmin məktub əlimə keçib.
Foulds. Məgər sən ondan istifadə eləmək istəyir-
sən? Bu, çox böyük axmaqlıq olardı.
Ledi Mereston. İstəyirəm.
Foulds. Qorxuram, sən öz başına iş açasan. Əlbəttə,
ola bilər, mən dəhşətli dərəcədə səhv eləyirəm, amma
elə bilirəm, bu halda səni ağlasığmaz təhqirlər gözləyir.

450
   445   446   447   448   449   450   451   452   453   454   455