Page 452 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 452
yam Somerset Moem
Ledi Frederik. Ucadan oxuyun.
Mereston. Bacarmaram.
Ledi Frederik. Mənə verin. (Məktubu alır.) Məktub
mənim qaynım Piter Berrolza ünvanlanıb. Burada
haqqında söhbət gedən Keyt onun arvadıdı. (Oxuyur.)
Əziz Piter! Çox təəssüf eləyirəm ki, Rocer Bellingemə
görə sən Keytlə dalaşmısan. Sən məsələni düz anlama-
mısan. Onların arasında heç nə yoxdu. İkinci gün axşam
Keytin məhz harada olduğunu dəqiq bilməsəm də, də-
qiq bilirəm ki, o, Rocerin yanında olmayıb. Bu, mənə də-
qiq məlumdu, çünki...
Mereston (Sözünü kəsərək). And verirəm, davam
eləməyin.
(Ledi Frederik ona baxıb çiyinlərini çəkir.)
Ledi Frederik. Burada Elizabet Berollzun imzası
var. Postskriptumda isə yazılıb ki, bu məktubdan isti-
fadə oluna bilər.
Mereston. Axı bu, nə deməkdi, bu, nə deməkdi, axı?
Ledi Mereston. Məgər aydın deyil? Günahın bun-
dan açıq etirafı necə olur?
Mereston. Bir söz deyin. Yəqin ki, bunun nəsə bir
izahı var.
Ledi Frederik. Ledi Mereston, bu məktubun sizin
əlinizə necə keçdiyi mənim üçün çox müəmmalıdır.
Sizinlə razıyam, bu məktubda kifayət qədər kompromat
var. Amma Keyt də, Piter də artıq o dünyadadı. Odur ki,
daha həqiqəti açıb deyə bilərəm.
(Paradayn Foulds irəli bir addım atıb diqqətlə ona baxır.)
Ledi Frederik. Mənim qaynım arvadı həlim və
məsum bir quzuydu, abır-həya mücəssəməsiydi. Onu
hansısa eşq oyununda günahlandırmaq kiminsə ağlına
belə gəlməzdi. Bir səhər gözüyaşlı yanıma gəlib etiraf
elədi ki, o, Rocer Bellingemlə (çiyinlərini çəkir.) işləri kor-
layıb. Əri də nəsə şübhələnən kimidi, hay-küy qaldırıb.
Foulds (Quru səslə). Bəzi kişilər ən xırda səbəbdən
belə hay-küy qaldırmağa hazırdı.
452