Page 456 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 456
yam Somerset Moem

göz açmağa imkan vermir. Sizin dayınız isə çox tərbiyəli
olduğundan öz nökərləriylə mənlə danışdığından yaxşı
danışır. Məni hər yolla bezdirirdilər, hər cür təhqir
eləyirdilər, diz çökdürmək istəyirdilər. Çünki qorxurdu-
lar ki, birdən siz mənə evlənmək təklifi eləyərsiniz! Mən
boğaza yığıldım. Özümə qarşı bu cür münasibətə öy-
rənməmişəm, daha səbrim tükənib. Bütün bunların sə-
bəbi siz olduğunuzdan mənim çıxış kimi sadə bir
üsulum var. Bundan sonra sizin adınız olan yerdən
kənarda duracam. Əgər sizinlə küçədə rastlaşsaq, mən
tərəfə baxmaya bilərsiniz, çünki sizin bir sözünüzü də
eşitmək istəməyəcəm.

Ledi Mereston (Güclə eşidilən səslə). Nə böyük
xoşbəxtlik.

Mereston. Ana, ana. (Ledi Frederikə müraciətlə). Çox
təəssüflənirəm. Bəli, sizin hiddətlənməyə tam haqqınız
var. Siz əzab çəkməli olmusunuz və mən bütün varlı-
ğımla sizdən üzr istəyirəm. Təəssüf, anamın bəzi hərə-
kətlərinə və sözlərinə haqq qazandırmaq mümkün deyil.

Ledi Mereston. Çarli!
Mereston. Onun da, şəxsən özümün də adından
sizdən səmimi bir xahişim var: bizi bağışlayın.
Ledi Frederik (Təbəssümlə). Ürəyinizə elə də yaxın
qəbul eləməyin. O qədər də vacib deyil. Amma bizim bir
daha görüşməməyimiz ağıllı iş olardı.
Mereston. Amma mən sizsiz yaşaya bilmərəm!
Ledi Mereston (Heyrətlə). Aha!
Mereston. Məgər bilmirsiniz ki, xoşbəxtliyim sizin
əlinizdədir? Mən sizi bütün canımla və qəlbimlə sevi-
rəm! Və heç vaxt bir başqasını belə sevə bilmərəm.
Foulds (Ledi Merestona müraciətlə). Sən məqsədinə
çatdın. Təbrik eləyirəm.
Mereston. Məni axmağın birisi kimi qəbul eləmə-
yin. Mən çoxdan, ilk görüşümüzdən bunu demək istə-
yirdim, amma cürət eləmirdim.

456
   451   452   453   454   455   456   457   458   459   460   461