Page 457 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 457
Seçilmiş əsərləri

Ledi Frederik (Yumşaq tərzdə). Mənim əziz Çarlim.
Mereston. Əgər siz səhvlərimə göz yuma bilsəniz,
bəlkə, mən o qədər də ümidsiz olmaram. Mənim xanı-
mım olun. Siz mənə böyük şərəf vermiş olarsınız, öm-
rümün axırınacan sizi ovcumun içində saxlayaram. Öz
xoşbəxtliyimə və sizə layiq olmaq üçün hər şey eləyə-
rəm.
Ledi Frederik. Siz həddən ziyadə ciddisiniz, Çarli,
mən çox təsirləndim, sizə hədsiz minnətdaram. Mənə
fikirləşmək üçün vaxt verin.
Ledi Mereston. Vaxt versin?
Mereston. Mən axı gözləyə bilmirəm. Məgər sizi
necə sevdiyimi görmürsünüz? Heç vaxt sizi mənim
qədər sevən ikinci birisinə rast gəlməyəcəksiniz.
Ledi Frederik. Çox gözləmək lazım gəlməyəcək.
Cavab üçün sabah səhər onda yanıma gəlin.
Mereston. Neynək, əgər belə lazımdırsa.
Ledi Frederik (Təbəssümlə). Belə lazımdı.
Foulds (Ledi Frederikə). Maraqlıdır, görən, indi nə
oyun qurmusuz?
(Ledi Frederik qalib duruşuyla gülümsəyir və Paradaynın
qarşısında istehzalı hərəkətlə dərindən təzim edir.)
Ledi Frederik. Ser, bütün həyatı üçün sizə borclu
olan sözəbaxan və itaətkar nökəriniz.

Üçüncü pərdə

Səhnə. Ledi Frederikin soyunub-geyinmə otağı. Ar-
xa planda pərdəsi sallanmış iri qapı yeri, yataq otağına
giriş var. Sağdakı qapı dəhlizə çıxır. Pərdələri sallanan
pəncərənin qarşısında üstünə kosmetika düzülən stol
var. Səhnədə ledi Frederikin qulluqçusu görünür. O, çox
səliqəli və yaraşıqlı bir fransızdır. Yüngül aksentlə danı-
şır. O, zəngi basır və lakey daxil olur.

457
   452   453   454   455   456   457   458   459   460   461   462