Page 454 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 454
yam Somerset Moem
Ledi Mereston. Bu nə vəhşilikdi?
Foulds. Üstəlik, mən ledi Frederiki çoxdan tanıyı-
ram və deyim ki, onun minlərlə qüsuru var.
Ledi Frederik (Gözlərini oynadaraq). Çox sağ ol.
Foulds. Amma onun müdafiəsi üçün qəti tərəddüd
etmədən bir söz deyə bilərəm. O, yalançı deyil. Əgər o,
mənə nəsə deyirsə, həqiqiliyinə azca da şübhə eləmirəm.
Ledi Frederik. Burada kiminsə mənə inanıb-inan-
madığının qəti əhəmiyyəti yoxdu. Çarli, xahiş eləyirəm,
zəngi basın.
Mereston. Buyurun.
(O, zəngi basır və nökər dərhal daxil olur).
Ledi Frederik. Mənim nökərimə deyin ki, stolumun
üstündəki qutunu tez bura gətirsin.
Nökər. Oldu, miledi. (Çıxır).
Foulds. (Hövsələsizliklə). Nə eləmək istəyirsən?
Ledi Frederik. Bunun sənə qəti dəxli yoxdu.
Foulds. Ağıllı ol, Betsi, məktubları vermə.
Ledi Frederik. Bu əhvalat mənim xirtdəyimdədir.
Hər şeyə nöqtə qoymağın vaxtı çatıb.
Foulds. Özünü ələ al.
Ledi Frederik (Ayaqlarını yerə döyərək). Mənə gös-
təriş vermə, Paradayn.
(Ledi Frederik əsəbi tərzdə var-gəl eləyir. Paradayn
fortepianonun arxasına keçib bir barmaqla “Haqlısan, Bri-
taniya”nı ifa edir.)
Mereston. Kəsin səsinizi!
(Mereston kitabı götürüb Paradayna tərəf tullayır, amma
dəymir.)
Foulds. Az qala, dəymişdi.
Ledi Frederik. Paradayn, həmişə mənə qəribə gəlir
ki, görən, nədən sizi hazırcavab hesab eləyirlər.
Foulds. Çünki kimsə zarafat eləmək istəyəndə mən
həmişə ürəkdən qəhqəhə çəkirəm.
(Lakey qutuyla içəri keçir. Ledi Frederik açıb
oradan bir bağlama məktub çıxarır.)
454