Page 458 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 458
yam Somerset Moem
Qulluqçu. Lord Mereston gələn kimi bura ötürün.
Lakey (Heyrətlə). Bura?
Qulluqçu. Əlbəttə, bura.
(Lakey çoxmənalı baxışlarla gözünü döyə-döyə qalıb.
Qulluqçu ərklə belini dikəldib dramatik jestlə lakeyə qapını
göstərir.)
Qulluqçu. Gedə bilərsiniz. (Lakey çıxır.)
Ledi Frederik. (Yataq otağından). Anjelika, pərdəni
qaldırmısınız?
Qulluqçu. Bu dəqiqə, miledi. (O, pərdəni qaldırır və
kosmetika olan stolun üzərinə gur işıq düşür. Güzgüyə baxır.)
Bu səhər günəş yaman parlaqdı. Özümə baxa bilmirəm,
gözüm qamaşır.
Ledi Frederik (Oradan). Özünüzə baxmaya bilərsi-
niz, o, mənim güzgümdü.
Qulluqçu. Amma milord gələndə icazə verin, pər-
dələri aşağı salım. Bu cür olmaz.
Ledi Frederik. Sizə deyiləni eləyin, başqa işlərə qa-
rışmayın.
(Lakey Merestonun gəldiyini xəbər eləmək üçün daxil
olur. Qulluqçu çıxır.)
Lakey. Lord Mereston.
Ledi Frederik (Elə oradan). Bu sizsiz, Çarli? Siz çox
dəqiqsiniz.
Mereston. Mən vaxt tamam olana qədər qapının ar-
xasında gəzişdim.
Ledi Frederik. Mən hələ tam geyimli deyiləm. Elə
indicə vanna qəbul eləmişəm.
Mereston. Mən gedim?
Ledi Frederik. Yox, yox, nə danışırsınız? Mən hazır
olana qədər söhbət eləyək.
Mereston. Oldu. Səhərdən özünüzü necə hiss
eləyirsiniz?
Ledi Frederik. Hələ müəyyənləşdirə bilməmişəm.
Güzgüyə baxmamışam. Siz necəsiniz?
458