Page 453 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 453
Seçilmiş əsərləri

Ledi Frederik. Özünü müdafiə eləmək üçün o, ilk
ağlına gələni deyib. Piterə demişdi, bəs Rocer Bellingem
mənim məşuqumdu. İndi də məndən ona qahmar dur-
mağımı istəyirdi. O, bədbəxt və zəif bir məxluq idi. Əgər
qalmaqal böyüsəydi, məhv olub gedəcəkdi. Onun Ro-
cerə qarşı hissləri aniydi, azca qorxu artıq onu sağalt-
mışdı. Ürəyinin dərin yerində o, hələ də öz ərini sevirdi.
O dönəmdə çox ağır günlər yaşayırdım, axırımın necə
olacağı məni qəti qayğılandırmırdı. O and içirdi ki, yeni
həyata başlayacaq, yeni səhifə açacaq, nə bilim, nə
eləyəcək. Mən də onun düzəlməsini istəyib xahişini
yerinə yetirdim. Bu məktubu yazıb günahı öz üzərimə
götürdüm, Keyt də ölənəcən əriylə xoşbəxt həyat yaşadı.

Mereston. Bu cür ancaq siz edə bilərdiniz.
Ledi Mereston. Amma lord və ledi Piter artıq o
dünyadadı, eləmi?
Ledi Frederik. Bəli.
Ledi Mereston. Bəs Rocer Bellingem?
Ledi Frederik. O da.
Ledi Mereston. Bu halda həqiqəti nə cür sübut
eləyə bilərsiniz?
Ledi Frederik. Heç cür.
Ledi Mereston. Çarli, bu, sənə kifayət eləyir?
Mereston. Əlbəttə.
Ledi Mereston (Dərhal). İlahi, bu uşaq tamam başını
itirib. Paradayn, heç olmasa, sən bir söz de.
Foulds. Əzizim, sənin xətrinə dəymək istəməsəm
də, deyəsən, mən də Çarliylə razıyam.
Ledi Mereston. Demək istəyirsən ki, bu nağıla
inanırsan, hə?
Foulds. İnanıram.
Ledi Mereston. Nə səbəbə?
Foulds. Bilirsən, ledi Frederik çox ağıllı qadındı.
Əsası olmayan belə bir nağılı uydurmaq onun xarak-
terinə uyğun deyil. Əgər onun nədəsə günahı olsaydı,
öz təmizliyinin sübutu kimi onlarla dəlil gətirərdi.

453
   448   449   450   451   452   453   454   455   456   457   458