Page 451 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 451
Seçilmiş əsərləri

Ledi Mereston. Boş şeydi. Mən heç nədən qorxmu-
ram.

(Ledi Frederik daxil olur.)
Mereston. Narahat elədiyimə görə üzr istəyirəm.
Ümidvaram, incimədiniz.
Ledi Frederik. Əlbəttə, incimədim. Bilirəm ki, əgər
ciddi səbəb olmasaydı, dalımca adam göndərməzdiniz.
Mereston. Qorxuram, siz məni həddən ziyadə yara-
maz bir insan kimi qəbul eləyəsiniz.
Ledi Mereston. Belə danışmaq lazım deyil, Çarli.
Mereston. Anamın sizə nəsə sözü var. Mən istədim,
sözünü sizin qarşınızda desin.
Ledi Frederik. Bu, sizin tərəfinizdən mənə böyük
lütfdü, Çarli. Amma düzünü desəm, istərdim ki, insan-
lar mənim barəmdə hədyan sözləri arxamca desinlər.
Xüsusən də, əgər bu hədyan həqiqətdirsə.
Foulds. Qulaq asın, məncə, bütün bunlar hamısı
cəfəngiyyatdı. Hər birimizin keçmişində elə məqamlar
var ki, onun qurdalanmasını istəməzdik. Bəlkə, keçmişi
rahat buraxaq.
Ledi Frederik. Mən gözləyirəm, ledi Mereston.
Ledi Mereston. Mən, sadəcə, qərara aldım ki,
oğlum ledi Frederikin Rocer Bellingemin məşuqəsi
olduğunu bilməlidir. (Ledi Frederik cəld çevrilib ona baxır,
sonra onu gülmək tutur. Ledi Mereston əsəbi tərzdə yerindən
atılıb məktubu ledi Frederikə verir.) Bu, sizin xəttiniz deyil?
Ledi Frederik (Azca da özünü itirmədən). İlahi, siz
bunu haradan almısınız?
Ledi Mereston. Görürsüzmü, ledi Frederik, mənim
sübutum kifayət qədərdi.
Ledi Frederik (Məktubu Merestona uzadaraq). Oxu-
maq istəyirsiniz? Mənim xəttimi yaxşı tanıyırsınız, odur
ki, Ledi Merestonun sualına cavab verə bilərsiniz.
(Məktubu oxuyub təşvişlə ledi Frederikə baxır.)
Mereston. İlahi, özün saxla! Bu nə deməkdi?

451
   446   447   448   449   450   451   452   453   454   455   456