Page 447 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 447
Seçilmiş əsərləri

mehmanxanadan qırağa bir addım atmağa bənddi,
quyruq kimi dalınca sürünürsən. Sən bu diqqətinlə ona
nəfəs almağa belə iman vermirsən.

Foulds (Yüngülcə). Doğmalar arasında gərək gizli
bir şey olmasın. Onlar güzgü kimi sənə burnunun
əyriliyini, yaxud gözünün çəpliyini göstərirlər.

Ledi Mereston (Merestona). Əminəm ki, mənim hər
şeyi bilməyə haqqım var. Bu, nədi belə, axırı necə olacaq?

Mereston. Axırının necə olacağını bilmirəm.
Foulds. Bizi maraqlandıran sualı başqa cür də qoy-
maq olar. Sən ledi Frederikə evlənmək təklifi eləyəcək-
sənmi?
Mereston. Cavab verməyəcəm. Həddən ziyadə şəx-
si məsələdi.
Foulds. Balaca, özünə gəl, ciddi ata rolu üçün sən
hələ çox gəncsən. Biz sənin yaxşılığını istəyirik. Həqiqəti
deyib canını qurtarmağın yaxşı olmazmı? Məni də,
ananı da sənin gələcəyin narahat eləyir.
Ledi Mereston (Yalvarışlı səslə). Çarli!
Mereston. Əlbəttə, razılıq verəcəyinə azca əmin
olsaydım, ona evlənmək təklifi eləyərdim. Amma məni
dəhşətə gətirən odur ki, qorxuram, rədd cavabı verə,
mən də onu görməyə həmişəlik həsrət qalam.
Ledi Mereston. Yazıq uşaq, tamam havalanıb.
Mereston. Əgər məni söyüb qovsa, özümə nə
edəcəyimi bilmirəm. Onu həmişəlik itirməkdənsə, bu
cansıxıcı müəmma yaxşıdı.
Foulds. İlahi! Gözəl oğlan, sənin işin müşküldü.
Utancaqlığının əzabını çəkən aşiqin vəziyyəti, ehtirasını
kişi kimi bəyan edən aşiqdən daha ağırdı.
Ledi Mereston (Azca qımışaraq). Mənə ləzzət eləyən
odur ki, Ledi Frederikin tumanı eyni vaxtda həm qar-
daşımın, həm də oğlumun diqqətini cəlb eləyib. Təbii ki,
müxtəlif vaxtlarda.
Mereston. Ledi Frederik o tarixçəni mənə danışıb.

447
   442   443   444   445   446   447   448   449   450   451   452