Page 448 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 448
yam Somerset Moem

Foulds. Öz cinsinə uyğun qeyri-səmimiliklə.
Mereston. Bildiyimə görə, həmin vaxtlar o, çox
bədbəxt imiş, siz isə şübhəli nəvazişlərlə onu özünüzə
cəlb eləyə bilmisiniz.
Foulds. Əziz balam, mənə dərs verməkdən vaz keç.
O dəqiqə unudulmaz atanı xatırlamalı oluram.
Mereston. Nəhayət, o, sizinlə birlikdə getməyə razı-
lıq verib. Siz Vaterloo vağzalında görüşməliydiniz.
Foulds. Gizli görüşlər üçün ora yararlı deyil, çox
yelçəkən yerdi.
Mereston. Sizin qatar doqquzda tərpənməliydi.
Sonra gəmiylə Normand adalarına üzüb getməliydiniz.
Foulds. Ledi Frederikin heyrətamiz yaddaşı var.
Mənim yadımda qalan ancaq dənizdə qasırğa olmasın
deyə, Tanrıya yalvarmağımdı.
Mereston. Və qatar tərpənəndə onun gözləri vağzal
saatına sataşır. Onun oğlu səhər yeməyinə düşüb soruşa
bilərdi ki, bəs anam hanı? Və son anda o, özünü qatar-
dan yerə atır. Amma siz imkan eləyə bilmədiniz, qatar
sizi tək-tənha Ueymuta apardı.
Ledi Frederik. Çox güman, sən özünü barmağa
dolanan axmaq yerində hiss elədin, Paradayn.
Mereston. Elədi, amma niyə axı yaraya duz səpək?
Ledi Mereston. Çarli, niyə fikirləşmirsən ki, belə
tez-tez vurulan bir qadın sənin hisslərinə layiq deyil?
Mereston. Əziz ana, doğrudanmı, sən elə düşü-
nürsən ki, mənim dayımın onun gözündə nəsə bir qiy-
məti olub?
Foulds. Nəyə işarə eləyirsən?
Mereston. Əgər sizi sevsəydi, onu nəsə saxlayar-
dımı? Doğrudanmı, siz onu belə pis tanıyırsız? Uşağı
sadə bir səbəbdən onun yadına düşmüşdü. Səbəb sizə
qarşı laqeyd olması idi, vəssalam.
Foulds (Əsəbi tərzdə). Sən bu məsələdə piyadasan!
Sən, sadəcə, dikbaş və sırtıq bir oğlansan.

448
   443   444   445   446   447   448   449   450   451   452   453