Page 463 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 463
Seçilmiş əsərləri
Mereston. Cəfəngiyyatdı! Siz belə şeyi ağlınıza gə-
tirməli deyildiniz.
Ledi Frederik. Bəs onda nədən məni öpmək üçün
azca da olsa, həvəs göstərmədiniz?
Mereston. Fikirləşdim... qorxdum ki, bu, sizin xo-
şunuza gəlməz.
Ledi Frederik. Bir dəqiqə sonra gec olacaq.
Mereston. Niyə?
Ledi Frederik. Çünki, ay səfeh, mən üz-gözümü bo-
yamağa başlayacam.
Mereston. Necə? Başa düşmədim.
Ledi Frederik. Siz dediniz ki, mən dərimin rənginə
görə təşviş keçirmirəm. Elədi ki, var. Baxa bilərsiniz.
(Ledi Frederik barmaqlarını yanaşı qoyulan güldanla,
dibçəyə toxundurur.)
Mereston. Aydın oldu. Üzr istəyirəm.
Ledi Frederik. Doğrudanmı, siz elə bilirdiniz,
mənim bütün bu gözəlliyim təbiidi?
Mereston. Başqa şey ağlıma belə gəlməyib.
Ledi Frederik. Təəssüf. Tanrının verdiyi hər gün
mən yazıq saatlarla öz üzərimdə işləyirəm ki, sifətimin
dərisinin rəngi Monte-Karloda birinci olsun. Siz də elə
hesab eləmisiniz ki, təbiidi. Guya mən on səkkiz yaşlı
südəmərəm.
Mereston. And verirəm, məni bağışlayın.
Ledi Frederik. Yaxşı, mən sizi bağışlayıram... Əlimi
öpə bilərsiniz. (Mereston onun əlini öpür). Hə, Betsi, bu
gün elə də yaxşı görünmürsən. (Güzgüyə barmaq yelləyir).
Belə olmaz, əziz Betsi. Demək olar ki, yaşına uyğun
görünürsən. (Tələsik dönərək). Sizə elə gəlmirmi ki, mən
qırxyaşlı adam kimi görünürəm?
Mereston. Sizin yaşınız barədə mən heç vaxt
düşünməmişəm.
Ledi Frederik. Mənə qırx yaş vermək olmaz. Və nə
qədər ki bu dünyada ənlik-kirşan var, həmişə belə ola-
caq. (Üzünə ənlik çəkir.)
463