Page 466 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 466
yam Somerset Moem

Mereston. Siz axı bilirsiniz ki, mənim bu işlərdə
təcrübəm çox azdı.

Ledi Frederik. Yaxşı, bu dəfə israr eləməyəcəm.
Çünki sizin kəkilləriniz xoşuma gəlir. (Ledi Frederik
dərindən ah çəkir.) İndi incə bir iş var. Qaşlarım. Kosme-
tikasız mən necə olardım? Axı məndə qaş deyilən şey,
demək olar ki, yoxdu... Gözümün altında baxışlarıma
kölgə salan tünd cizgiləri görmüsünüzmü?

Mereston. Düzünü desəm, görmüşəm.
Ledi Frederik (Karandaşı əlinə alıb). Bunu belə
eləyirlər. Mənim əziz dostum, insanın iradəsinə uyğun –
həm naz-qəmzə, həm ah-nalə, həm zəriflik, həm laqeyd-
lik, təravət, ehtiras, hiylə bir sözlə, dünyada olan hər şey
bu karandaşda cəmlənib. Gərək özünü tam cəmləyə
biləsən. Əgər lap çox çalışsan, hesab elə ki, bütün gün
puça çıxdı. Və siz nəfəsinizi belə dərmirsiniz. Hər dəfə
öz üzərimdə işləyəndə bu sözləri xatırlayıram: “Bir az
da və sən artıq məqsədə çatmısan, nəyisə azca düz
eləmədinsə, məqsədin səni tərk edəcək! Belə! Bir azca da
artır və dünyanın sənə sevgisi də artacaq”. (Güzgüyə
baxaraq, dərindən nəfəs alır.) Özümü on səkkizyaşlı qız
kimi hiss eləyirəm. Məncə, nəticə əladı, deməli, gün
uğurlu olacaq. Betsi, Betsi hər şey gözəl olacaq. Əzizim,
kifayət qədər cazibədar xanımsan. Lap gözəl də demək
olar... Amma şirin, şokolad-qadınlar mənim zövqümdə
deyil. Gedim geyinim. (Mereston qalxır). Yox, siz əyləşin.
Mən yataq otağına keçəcəm. İndi qayıdıram. (Ledi Fre-
derik pərdə arxasına keçir.) Anjelika!
(Qulluqçu daxil olur.)
Qulluqçu. Bəli, miledi.
Ledi Frederik. Kosmetika stolunu sahmana salın.
Quluqçu (Əmrə müntəzir). Oldu, miledi.
Ledi Frederik. Çarli, siqaret çəkə bilərsiniz.
Mereston. Çox sağ olun. Nəsə səhərdən əsəblərim
yerində deyil.

466
   461   462   463   464   465   466   467   468   469   470   471