Page 471 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 471
Seçilmiş əsərləri

(Çıxır.)
Foulds. Qarşımda gələcək gəlinmi dayanıb?
Ledi Frederik. Paradayn dayı, niyə soruşursunuz?
Foulds. Sadəcə, bilmək istəyirəm, başqa səbəb yox-
du.
Ledi Frederik. Təəssüf ki, tapa bilmədin.
Foulds. Sən ona rədd cavabı verdin?
Ledi Frederik. Bəli.
Foulds. Bəs onda nədən bizə bu boyda əsəb gərgin-
liyi vermişdin?
Ledi Frederik. Çünki siz mənim şəxsi həyatıma
qarışırdınız. Bu imkanı mən heç kimə vermirəm.
Foulds. Bu qız necə də dəymədüşərdi.
Ledi Frederik. Məni kürsüyə qaldırıb özünü donu-
mun ətəyini öpməyə layiq bilmədiyini bəyan edən bir
oğlana ərə gedəcəyimi təxmin etmək... Düzü, sən o
qədər də səfeh deyilsən.
Foulds. Bu təxmində nə səfehlik var?
Ledi Frederik. Əziz Paradayn, qüssədən ölmək –
intiharın bu üsulu məni təmin eləmir. Bu dünyada aşiq
olmaqdan pis yalnız bir azar var.
Foulds. O nə azardı elə?
Ledi Frederik. Kiminsə sənə aşiq olması.
Foulds. Bu azardan mən ömrüm boyu əzab çəkmi-
şəm.
Ledi Frederik. Təsəvvür elə ki, bunun axırı nə ola
bilərdi. Çarlinin özü üçün müəyyənləşdirdiyi ideala
uyğun gəlmək. Mənim axı o zirzibil üsulların ucbatın-
dan saçım bir həftədən sonra nə günə düşəcəkdi! Amma
mənə necə də pərəstiş eləyirlər! Dərdə bax! Bütün günü
üzümdə maska gəzdirməliyəm. Onu şoka salmaq təhlü-
kəsindən qaçmaq üçün mən olduğum kimi görünə
bilmərəm. Amma nə qədər çalışsam da, illüziyalar bir-
birinin ardınca dağılacaqdı. Ağzıgöyçəklər də yardımçı
olacaqdılar. Və günlərin bir günü o başa düşəcəkdi ki,

471
   466   467   468   469   470   471   472   473   474   475   476