Page 474 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 474
yam Somerset Moem

Cerald. Admiral özünü əsl kişi kimi apardı. O, mə-
nə həmin məbləğdə qəbz verdi, mən də onu elə indicə
Montqomeriyə göndərdim.

Ledi Frederik. (Admiralın əlini əlinə alaraq). Necə
xeyirxah bir hərəkət! Siz ağır günündə Ceralda yardım
əlinizi uzatdığınıza görə heç vaxt peşman olmayacaq-
sınız.

Admiral. Sizinlə təklikdə bir-iki kəlmə danışmaq
olarmı?

Ledi Frederik. Əlbəttə. (O birilərə) Üzr istəyirəm.
Foulds. Biz eyvana çıxarıq.
Admiral. Sizi narahat elədiyimə görə üzr istəyirəm.
Heç üçcə dəqiqə də vaxtınızı almayacam.
(Cerald, Rouz və Foulds eyvana çıxır.)
Ledi Frederik (Onlar gedəndən sonra). Eşidirəm.
Admiral. Sizə sözüm odur ki, Ceraldı bəyənirəm,
amma onu istiqamətləndirmək lazımdı. Nə dediyimi
anlayırsınızmı?
Ledi Frederik. Şübhəsiz ki, o, həmişə sizin məslə-
hətlərə qulaq asacaq.
Admiral. Ona qadın məsləhəti də lazımdı. Əgər biz
ikimiz gücümüzü birləşdirsək, onu istənilən qəzavü-
qədərdən qoruya bilərik, eləmi?
Ledi Frederik. Mən siz çağıran kimi dərhal yanınıza
gəlməyə hazıram. Məsləhət verməyi xoşlayıram, amma
dəqiq biləndə ki, qulaq asan olmayacaq.
Admiral. Mən həmişəlik yaxınlıq istəyirəm. Niyə
axı siz mənim həyat yoldaşım olmayasınız?
Ledi Frederik. Mənim əziz admiralım!
Admiral. Belə cazibədar qadın tək yaşamamalıdır:
yoxsa başına mütləq nəsə bir iş gələcək.
Ledi Frederik. Bu, çox xoş təklifdi, admiral, amma...
Admiral. Mən sizdən ötrü çox qocayam?
Ledi Frederik. Əlbəttə, yox. Siz yaşınızın ən çiçəklə-
nən dövründəsiniz.

474
   469   470   471   472   473   474   475   476   477   478   479