Page 478 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 478
yam Somerset Moem

Foulds. Bu qəribə kağızlara baxmaq olarmı?
Kapitan Montqomeri. Buyurun. (Nəzakətlə) Mən
kiminsə xətrinə dəymək istəmədim.
Foulds. Xeyirxah məqsədlər cəhənnəmə körpü
salmaq üçündü. Deməli, üç min beş yüz funt. Belə xırda
məbləğdən ötrü bu irilikdə hay-küy yaratmağa dəyər-
mi?
Kapitan Montqomeri. Bu pul mənə təcili lazımdı.
Foulds (İstehzayla). Belə varlı bir insana?
Kapitan Montqomeri. Hətta varlıların da müvəq-
qəti çətinlikləri olur.
Foulds. Onda xahiş eləyirəm, bircə dəqiqə dözə-
siniz. (Stol arxasına keçib qəbz yazır.) Maliyyə çətinliklə-
rinin girdabında olan milyonçu. Necə də nəfəskəsən və
effektiv bir mənzərə.
Ledi Frederik. Paradayn!
Foulds (Qəbzi verərək). Ser, elə bilirəm, məsələ həll
olundu. O veksellərin əvəzinə bu qəbzi təklif eləyirəm.
Kapitan Montqomeri. Lənət şeytana, sizi tamam
unutmuşam.
Foulds. Sizə, yəqin, məlumdu ki, qadınlar olan
yerdə qaba söz işlətməzlər.
Kapitan Montqomeri (Qəbzə baxıb). Məncə, qəbz
qaydasındadı.
(Paradayn qapıya yaxınlaşıb açır.)
Foulds. Bu pəncərə, bu da qapı – hansını seçirsiniz?
(Kapitan Montqomeri lal-dinməz ona baxır, sonra
çiyinlərini çəkib çıxır.)
Ledi Frederik. Paradayn, sənə afərin!
Cerald. Siz bizi necə də xilas etdiniz!
Foulds. Boş şeydi. Effekt yaratmaq həvəsi mənim
zəif yerimdi. Teatr jestləri üçün ölürəm.
Ledi Frederik. Mən heç vaxt sənin borcundan çıxa
bilmərəm, Paradayn.
Foulds. Əzizim, mənim başım elə küt deyil ki, bunu
şəkk eləsin.

478
   473   474   475   476   477   478   479   480   481   482   483